Həsən Ruhani Rusiyaya gedəcək

🗓 23.08.2014 14:12 ✍️ "Elçi" qəzeti

İran Prezidenti Həsən Ruhani Xəzəryanı ölkələrin sammitində iştirak etmək üçün sentyabrın 29-da1408782060 Rusiyaya səfər etməyi planlaşdırır.

Trend-in məlumatına görə, Xəzəryanı ölkələrin IV sammiti bu ilin sentyabr ayında Rusiyanın Həştərxan şəhərində baş tutacaq.

 Qeyd edək ki, Xəzəryanı ölkələr (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan, İran) 2003-cü ilin noyabr ayında Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə konvensiyasını imzalayıblar.

 

Bənzər yazılar