Hərbi Prokurorluqda dəyişikliklər başladı: Xudiyev işdən çıxarıldı

🗓 26.05.2025 17:37 ✍️ "Elçi" qəzeti
Hərbi Prokurorluqda dəyişikliklər başladı: Xudiyev işdən çıxarıldı
Azərbaycanın Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Cahid Xudiyev Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsindən azad edilib. Hələlik həmin vəzifəyə yeni təyinat olmayıb. Qeyd edək ki, Cahid Qara oğlu Xudiyev uzun illər Hərbi Prokurorluqda müxtəlif vəzifələrdə çalışıb. O, 2023-cü ilin oktyabrında qurumun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini təyin olunmuşdu. Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib. Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-hərbi prokuror təyin edilib.  

Bənzər yazılar