Ukrayna hərbçiləri Luqansk vilayətini rus hərbçilərindən azad etməkdə davam edir.
Elchi.az xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
O bildirib ki, rusların hazırlaşmağa vaxtı olub, ona görə də Luqansk vilayətinin azad edilməsi asan məsələ deyil:
“İşğalçılar qazmağı (səngər – red.) bacarıblar. Onlar daim səfərbər olunmuş insanlar gətirirlər. Bəli, onlar hərbçi deyillər. Onlar zəif təlim keçiblər. Amma əllərində silah varsa, atəş açıb öldürürlər. Unutmayın ki, ərazilər nəyin bahasına olursa-olsun azad edilir. Ola bilsin ki, bizim istədiyimiz kimi tez olmur, amma qoşunlarımız hər gün 500 metr irəliləyir”.
Luqansk rəhbəri həmçinin qeyd edib ki, Svatovodan Kremennaya qədər və Beloqorivka ərazisində ağır döyüşlər davam edir.
Kosmik müharibə təhlükəsi: Rusiyanın ABŞ-a sərt reaksiyası
ABŞ-ın orbitdə silah sistemlərinə malik olması barədə rəsmi bəyanatı Moskvada sərt reaksiyaya səbəb olub. Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonu kosmosda...





















Son şərhlər