Həmasdan Netanyahuya danışıqlar mesajı: Şərtləri açıqladılar

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə verdiyi açıqlamada Qəzza zolağındakı israilli məhbuslara toxunaraq deyib: “Netanyahu, Gallant və döyüş kabinetinin digər üzvləri bunu edə bilməyəcəklər. “Məhbusları danışıqlarsız geri götürmək”.
Elchi.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 65-ci gündür davam edərkən, HƏMAS -ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde səsli mesaj yayımlayıb.
Ubeyda mesajında Qəzza zolağındakı israilli əsirlərə toxunaraq, "İsraillilərə deyirik ki, Netanyahu , Qalant və döyüş kabinetindəki digərləri danışıqlar aparmadan əsirləri geri ala bilməzlər. Son 10 gündə Beyt Hanundan Xan Yunisə qədər 180-dən çox İsrail hərbi maşınının qismən və ya tamamilə məhv edildiyini bildirən Ubeyde, "Bunlar düşmən sıralarında çoxlu ölüm və yaralanmalara səbəb oldu" -deyib.
İsrailin hücumlarına cavab verməyə davam etdiklərini bildirən Ubeyde, "Düşmənin tək qələbə iddiası mülki əhaliyə və mülki infrastruktura hücumlarıdır" deyən Ubeyde, İsrail rəhbərliyinin Həmas-a böyük zərbələr vurulduğuna dair açıqlamalarının xalqı aldatmaq olduğunu ifadə etdi.
Ərəb dünyası və İslam dünyasındakı insanları etiraz etməyə və dayanmamağa çağıran Ubeyde, "Minlərlə döyüşçümüz döyüşmək üçün fürsət gözləyir" -deyib.
Nuranə Məmmədova