"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Gədəbəy cəbhəsinə xain hücumun pərdəarxası

28 Yanvar 2015 - 16:22
in CƏMİYYƏT
FacebookVatsap

gedebey_cebheDüşmən Azərbaycana qarşı təxribat taktikasını dəyişir ; Son vaxtlar Qarabağdakı təmas xəttində ciddi itkilər verən ermənilər başqa istiqamətlərdə təxribatlara əl atmaqdadır; ekspertlərə görə, bu, bir mesajdır ki, ordumuz nə vaxtsa torpaqlar uğrunda əməliyyata başlasa, işğalçı qüvvələr başqa istiqamətlərdə bizə problem yaradacaq… 

Bunu da oxuyun

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Ermənistanda bu ölkənin hakimiyyəti və Rusiya əleyhinə etirazların gücləndiyi şəraitdə Azərbaycana qarşı diversiya-təxribat hərəkətlərinin artacağı barədə gözləntilərimiz təəssüf ki, özünü doğrultdu. Son günlər düşmən tərəf ciddi itkilər verməsinə baxmayaraq xain hücumlarını davam etdirməkdədir və təəssüflər olsun ki, bu hadisələr zamanı ordumuz da itkilər verib.

 
Özü də düşmən bütün cəbhə boyu azğınlığını davam etdirib. Belə ki, İcevandan Ağstafanın kəndləri, həmçinin Gədəbəydəki mövqelərimiz, Berd rayonundan Tovuzdakı yaşayış məntəqələrimiz, Tərtərin kəndləri, həmçinin  Ağdam və Füzulinin işğal altındakı ərazilərindən mövqelərimiz atəşə tutulub. Azərbaycan ordusu yanvarın 24-də Goranboy cəbhəsində 3 şəhid verib, həmçinin yaralılarımız var. Düşmən həyasızcasına baş verənlərə görə Azərbaycanı günahlandırır. 
“Ermənistan xarici işlər nazirinin 2014-cü ilin yekunlarına dair gecikmiş hesabatı çarəsiz şəkildə Ermənistanın uğursuz xarici siyasətinə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil”,- deyə, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev İrəvana cavabında deyib. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan “təxribat nəticəsində öldürülmüş erməni əsgərlərinin həyatına görə Azərbaycan ağır əvəz ödəyəcək”, – deyə Bakını hədələyib. H.Hacıyevin cavabında isə deyilir ki, “beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı işğal və təcavüz törətmiş dövlət kimi vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
Cəbhədə artan gərginliyin səbəbləri barədə rusiyalı ekspertlərin də maraqlı fikirləri var. “Qərb Rusiya ilə sərhəddə ikinci gərginliyi yarada bilər. Belə bir proqnozu hələ ötən il vermişdik. Bu, Cənubi Qafqazda, yaxud birbaşa Şimali Qafqazın özündə baş verə bilər. Fikrimcə, yeni hərbi münaqişənin yaranmasına cəhdlər olacaq. Biz artıq Cənubi Qafqazda bunu görürük”. Bu fikri politoloq Vitali Arkov söyləmişdi. O, Qarabağda yeni müharibənin baş verməsi ehtimalını yüksək dəyərləndirmiş, II Qarabağ müharibəsinin qalibinin Azərbaycan olacağını demişdi.
Azərbaycanlı hərbi və siyasi ekspertlərin isə cəbhədəki mövcud duruma, xüsusən Tovuz-Gədəbəy zonasından aktivliyin daha çox müşahidə olunmasına, düşmənin bu istiqamətlərdən həmlələrinin artmasına diqqətçəkən baxışları var.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Gədəbəydə şəhid verməyimiz ondan xəbər verir ki, Ermənistanla savaşa yalnız Qarabağda deyil, bütün sərhəd boyu hazır olmalıyıq: “Görünür, qarşı tərəf Qarabağ istiqamətində bizə gücü çatmadığından digər istiqamətlərdə uyğun hədəflər axtarır. Başqa yandan, bu bizə mesajdır ki, əgər Azərbaycan ordusu nə vaxtsa Qarabağ istiqamətində əməliyyata başlasa, Ermənistan ordusu bizə başqa istiqamətlərdə problem yaradacaq. Önəmli olan bu mesaja necə cavab verəcəyimizdir. Müdafiə naziri Zakir Həsənov həlak olan hər əsgər və zabitimizin intiqamını düşməndən onqat alacağını açıqlamışdı. Bu hesabla 2015-ci ildə hələ çox belə toqquşmanın şahidi olacağıq. Bir tərəf vuracaq, digər tərəf balans pozulmasın deyə, əks-hücumla itkilərin sayını bərabərləşdirməyə çalışacaq. Yalnız Bakıda Avropa Oyunları zaman toqquşmalara ara veriləcək, atəşkəsə riayət ediləcək. Ermənistan da həmin günlərdə atəşkəsi pozmaqda maraqlı olmayacaq, çünki həmin günlərdə idmançıları Bakıda olacaq”.
E.Şahinoğlu XİN başçılarının planlaşdırılan növbəti görüşündən nəticə gözləmədiyini bildirdi: “Atəşkəsin pozulub-pozulmamasına onlar cavabdeh olmadıqlarına görə danışıqların sürətləndirilib-sürətləndirilməməsi məsələsinə də nazirlər cavabdeh deyillər. Bu görüş, sadəcə, danışıqların davam etməsi görüntüsü yaradır ki, beynəlxalq aləm vəziyyətdən çox da narahat olmasın”.
Hərbi ekspert Üzeyir Cəfərova görə, Ermənistanda baş verən hər hansı ciddi hadisə dərhal özünü cəbhə bölgəsində göstərir: “Əgər indiyə kimi İrəvanda və ətrafdakı əyalətlərdə baş verən hadisələrin xronologiyasına baxsaq, bu tendensiyanı açıq görmək mümkündür. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının əsgəri V.Permiyakovun 7 nəfərdən ibarət bir erməni ailəsini xüsusi amansızlıqla qətlə yetirməsi və daxildə baş verən ciddi narazılıqları bir qədər səngitmək üçün cinayətkar Sərkisyan və Ohanyan cütlüyü, dərhal gərginlik mərkəzini cəbhə bölgəsinə yönəldirlər. Əlbəttə ki, bu addımda bizim şimal qonşularımızın da dəsti-xətti görünür. Ona görə də cəbhə xəttindəki son günlər artan gərginliyin səbəblərindən biri və bəlkə də birincisi bu amildir desəm, yanılmaram”.
Ü.Cəfərov qeyd etdi ki, Rusiyanın Ukraynada həyata keçirdiyi qanunsuzluqları da əlavə etsək, qarşımıza çox mürəkkəb və rəngarəng bir mənzərə çıxar: “Ona görə də bu tip hadisələr baş verəndə biz cəbhə xəttində, xüsusən də Ermənistanla sərhəddə sayıqlığı birə-beş artırmalıyıq. Aydın məsələdir ki, belə olan halda itkilərin olması da mümkündür və yuxarı komandanlıq çalışmalıdır ki, şəxsi heyət son dərəcə diqqətli və hazırlıqlı olsun”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc xatırlatdı ki, faktiki olaraq atəşkəs dövründə əsasən Qarabağ cəbhəsində çox dinamik, intensiv, lokal toqquşmaların şahidi olmuşuq: “Ondan kənarda istər Tovuz, Qazax istiqamətindən, istərsə də Naxçıvandan belə genişmiqyaslı əməliyyatların, toqquşmaların şahidi deyildik. Bu, təkcə ona görə belə olmayıb ki, erməni tərəfi əsas təxribatları Qarabağda törədə biləcəyini yəqin edib və gücünü ora daşıyıb. Məsələnin məğzi həm də ondan ibarət idi ki, heç şübhəsiz, ordan kənarda bu toqquşmaların səbəbini xarici aləmə izah etmək qeyri-mümkün olacaqdı. Qarabağda torpaq, guya hansısa tarixə şəriklik məsələsini qoyub nələrisə iddia etmək mümkündür. Amma Gədəbəy, yaxud Tovuz və Qazaxda bu yöndə məsələləri siyasi yöndən arqumentləşdirmək erməni hərbi və dövlət rəhbərliyinə  heç zaman müyəssər olmayıb. Odur ki, bu cinahda nisbi sakitlik hökm sürüb”. 
Z.Orucun fikrincə, son dövrlərdəki vəziyyəti isə əvvəlkindən ciddi şəkildə ayırmalıyıq: “Gerçəklik ondan ibarətdir ki, 2014-cü ildə Qarabağ cəbhəsində itkilər hətta Seyran Ohanyan səviyyəsində də etiraf olunub. Adətən bu quzğunlar və Qarabağ savaşını həyata keçirənlər, təcavüzkarlıqda bilavasitə iştirak edənlər normal reallığı tanımaqdan uzaq, daha fərqli bir leksikonu tirajlayan adamlar idi. Amma 2014-cü ildə ermənilər qeyd etdiyimiz cəbhədə hər hansı nisbi uğur da qazana bilmədi, onlar üçün çox ağır oldu və 2015-ci ilə revanş götürmək kimi bir mesajla adladılar. Amma son hadisələr onu sübuta yetirdi ki, həqiqətən də güc nisbəti qeyri-bərabərdir. Azərbaycan özünün Silahlı Qüvvələrindəki məlum dəyişikliklərdən sonra daha toparlanmış, səfərbər olunmuş və yeni taktikalarla səngərə daxil olub. İndi ordu birləşmələrimizin qarşısında yeni vəzifələr var. Silahlı Qüvvələrin rəhbərliyi səviyyəsində qərargah planları əvvəlki dövrdən xeyli fərqlənir.
Bunu ermənilərin və yaxud onların kəşfiyyat məlumatları da müəyyən bir səviyyədə əldə edib. Onlar görürlər ki, həqiqətən də Azərbaycan qarşı tərəfi var-yoxdan çıxarmaq, iqtisadi cəhətdən çökdürmək, həmçinin bu itkilərin Ermənistanda nəticə verməsinə apelyasiya edir, daha çox ona işləyir. Həmin Sərkisyan rejimi ondan narahatdır ki, Qarabağdakı döyüşlər onun hakimiyyətinin iflası və bütövlükdə istefaya getməsi ilə sonuclana bilər. Odur ki, Gədəbəy cəbhəsindən zərbə vururlar. Mənim aləmimdə bu, o demək idi ki, Azərbaycan qüvvələri parçalasın, taktiki cəhətdən hədəfdən yayınsın, imkanlarını daha geniş məkana paylamaqla ermənilərin növbəti zərbəni haradan vura biləcəyini yəqin edə bilməsin. Belə demək mümkündürsə, onlar manevr edirlər, manipulyasiyadadır və işarə edirlər ki, cəbhə xətti geniş bir məkandadır”.
Z.Oruc daha təhlükəli təxribatların olmasını da istisna etmir: “Yəqin ki, bundan sonra hər hansı terror planları da meydana çıxa bilər. Məhdud qrupların diversiyası Azərbaycanın içərilərinə irəliləmək və orada zərbə vurmaqla geri dönmək yolunu seçə bilərlər. Çünki genişmiqyaslı toqquşmalar onlara fayda vermir. Azərbaycan göstərir ki, artıq hədəf vertolyot, tank, top və zabitlərdir. Yəni bəlkə də əsgərlər o qədər önəmli deyil, Azərbaycanın hədəfində deyil”.  
Deputat qeyd etdi ki, cəbhədəki gərgin vəziyyətlə bağlı Milli Məclisin 2 fevral iclasında fikirlərini bölüşəcək: “Parlamentdə bu məsələlərlə bağlı dinləmələr qərarı hər zaman müxtəlif reaksiyalar doğurub. Bir çoxları bunu müharibəyə çağırış, ikincilər ordunun parlament qarşısında hesabat verməsi kimi dəyərləndirib. Ona görə də indiyədək səsləndirilən təkliflərdən müəyyən mənada daşınırıq”.
Z.Oruc mətbuatı erməni mənbələrinə istinad etməməyə də çağırdı: “2014-cü ilin avqust olaylarında cəbhə xəttindən sonra yaranmış durumda media ilə Müdafiə Nazirliyi eyni mövqedən çıxış edirdisə, son günlərdə biz bunun şahidi olmuruq. Yəni yenidən erməni təxribatının təsirləri mediada hiss olunmaqdadır. Bəzən yoxlanılmamış informasiyalar cəmiyyətə ötürülür ki, bu da nəticədə cəmiyyətdə anlaşılmazlığa yol açır. Yadımızda saxlamalıyıq ki,  cəbhə xətti bu gün təkcə Ağdam, Füzuli, Goranboydan və digər ərazilərdən keçmir, eyni zamanda mətbuatdan da keçir. Necə ki, səngərdə əsgər dirəniş göstərirsə, burada da media nümayəndələri nəzərə almalıdır və hər hansı yanlışlığa yol verməməlidir”.
Elşad PAŞASOY
Previous Post

Gədəbəy cəbhəsinə xain hücumun pərdəarxası

Next Post

Mart ayında növbəti əfv sərəncamı imzalana bilər

Bənzər yazılar

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə...

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yaxın günlərdə Azərbaycanda isti, quraq və küləkli hava şəraiti davam edəcək ki, bu da meşələrdə...

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə ölkə ərazisində isti, quraq və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Ekologiya və...

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

24 İyul 2026 - 18:44

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 25 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq...

Next Post

Mart ayında növbəti əfv sərəncamı imzalana bilər

Mart ayında növbəti əfv sərəncamı imzalana bilər

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

24 İyul 2026 - 21:52
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

24 İyul 2026 - 21:49
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

24 İyul 2026 - 21:25
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

24 İyul 2026 - 21:13
“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

24 İyul 2026 - 21:12
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08
Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29
İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05
PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib – FOTO

24 İyul 2026 - 18:44
Müddəti bitmiş limonadları satan şəxslər ifşa olundu

Müddəti bitmiş limonadları satan şəxslər ifşa olundu

24 İyul 2026 - 18:31
Çin Filippini Cənubi Çin dənizindəki hərəkətlərini dayandırmağa çağırıb

Çin Filippini Cənubi Çin dənizindəki hərəkətlərini dayandırmağa çağırıb

24 İyul 2026 - 18:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.