Gürcüstanın baş naziri Türkiyə prezidentinin inauqurasiya mərasimində iştirak edəcək

🗓 20.08.2014 22:22 ✍️ "Elçi" qəzeti
Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqustun 28-də baş tutacaq Türkiyə prezidentininзагруженное inauqurasiya mərasimində iştirak edəcək.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildirilib.

 Məlumata görə, İrakli Qaribaşvili Ankara şəhərində təşkil olunacaq inauqurasiya mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qatılacaq.

 Mərasimdə müxtəlif ölkələrin başçıları da iştirak edəcək. Məlumatda bildirilib ki, səfər çərçivəsində Gürcüstanın baş nazirinin Türkiyə prezidenti ilə görüşü gözlənilir.

Bənzər yazılar