Gürcüstanın 147 hərbi qulluqçusu Əfqanıstandan vətənə qayıdıb

🗓 02.11.2014 15:44 ✍️ "Elçi" qəzeti
 Gürcüstanın 147 hərbi qulluqçusu Əfqanıstandan vətənə qayıdıb
Gürcüstan Silahlı Qüvvələrinin dağlıq-kəşfiyyat batalyonunun 147 hərbiqulluqçusu noyabrın 2-də səhər img1457282Əfqanıstandan vətənə qayıdıblar.
Gürcüstanın Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, onlar ISAF beynəlxalq qüvvələrinin tərkibində 7 ay ərzində NATO-nun Əfqanıstandakı bazasında sülhməramlı missiyanı yerinə yetiriblər.
Bu, artıq ay yarım ərzində üçüncü batalyondur ki, Əfqanıstandan vətənə qaytarılıb. Gürcü hərbçiləri, oktyabrın 31-də bağlanılan Qəndəhar hərbi aerodromu tamamilə tərk ediblər.
Gürcü hərbçiləri Əfqanıstanda koalisiya qüvvələri ilə birlikdə bir sıra əməliyyatları yerinə yetiriblər. Dağlıq-kəşfiyyat batalyonunun hərbçiləri vətənə itkisiz qayıdıblar. Qəndəhar bazası (onların xidmət keçdiyi yer) oktyabrın 31-də bağlanılıb.
 

Bənzər yazılar