Kişilərin pensiya yaşı 5 il azaldılaraq, qadınların pensiya yaşına bərabərləşdirilməlidir.
Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili deyib.
Onun sözlərinə görə, Gürcüstanın müxtəlif regionlarının sakinləri kişilər üçün pensiya yaşının azaldılması ilə bağlı müraciət ediblər.
O, həmçinin vurğulayıb ki, Gürcüstanda orta ömür uzunluğu 72 ildir ki, bu da bəzi Avropa ölkələrindən 10 il azdır.
Hazırda Gürcüstanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün isə 60-dır.
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq
Noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək. Elchi.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin...





















Son şərhlər