Azərbaycanın Gürcüstandan gətirdiyi toxumluq kartof məhsulunda karantin tətbiq edilən zərərvericilər aşkar olunduğuna görə məhv edilib.
Bu barədə Elchi.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Gürcüstan Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokollarına əsasən, məhsul partiyasında karantin tətbiq edilən zərərvericilər – kartof yumrularında halqavari çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə müvafiq tədbirlər görülüb və istehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.
Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb
"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....





















Son şərhlər