Gürcüstanın Kvemo Kartli bölgəsində baş verən “şar” qəzasında 3 nəfərin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, Gürcüstanın Kvemo Kartli bölgəsinin Tetritskaro bələdiyyəsinin Asureti kəndi yaxınlığında hava şarında qəza baş verib.
Ölkənin Poti şəhərindən Kaxeti bölgəsinə gedən hava şarının Asureti kəndi yaxınlığında elektrik dirəklərinə çırpılması nəticəsində hava şarında olan 3 nəfər, 2 Gürcüstan və 1 Polşa vətəndaşı həyatını itirib.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Nuranə Məmmədova