"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

Gürcüstanda hökumət böhranı

07 Noyabr 2014 - 09:43
in SİYASƏT MANŞET
FacebookVatsap

Ekspertin fikrincə, Gürcüstanda qərbyönlü qruplar yenidən iqtidara gəlməyəcəyi təqdirdə Bakı-Tiflis-Qars, img1672145TANAP kimi layihələrə yenidən baxıla bilər

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Gürcüstanda siyasi böhran yaşanır. Müdafiə naziri İrakli Alasaniya noyabrın 4-də vəzifəsindən istefa verib. Bundan bir gün sonra isə xarici işlər naziri Maya Pancikidze və onun müavinləri David Zalkaliani, Tamar Beruçaşvili, Levan Qurqenidze və David Calaqaniyan istefa veriblər. Pancikidze hakim “Gürcü arzusu” Partiyasının sıralarından çıxacağını elan edib.

Ötən gün isə İrakli Alasaniyanın rəhbərlik etdiyi Bizim Gürcüstan – Azad Demokratlar Partiyası hakim koalisiyadan çıxıb. “Media forum” saytının məlumatına görə, İrakli Alasaniya özü belə bəyanat yayıb. O qeyd edib ki, hakim “Gürcü arzusu” koalisiyası ilə yolları sivil formada ayrılıb, amma oturub bu barədə müzakirə aparmaq mümkün olmayıb. Qeyd edək ki, hazırda hakim koalisiyadan müdafiə naziri İrakli Alasaniya ilə yanaşı xarici işlər naziri Maya Pancikidze və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili müavinləri ilə birgə postlarını tərk ediblər.
Politoloq, Ankara Universitetinin doktorantı Orxan Qafarlı deyir ki, Gürcüstanda yaşanan siyasi böhran uzun zaman gözlənilən bir proses idi. Ekspertə görə, hakim komanda daxilində qərbyönlü və Rusiyaya yaxın qruplar vardı: “İqtidarda iki qrup vardı. Qərbyönlülər və Rusiya ilə münasibətləri balanslı şəkildə aparmağı müdafiə edən sabiq baş nazir Bdzina İvanişvilinin komandası. Bu qrup bir mənalı olaraq Rusiya ilə münasibətlərin bərpa olunması və Qərblə Rusiya arasında balanslı siyasətin yürüdülməsinin tərəfdarı idi. Bdzina İvanişvilinin ”Gürcü Arzusu” koalisiyası iqtidara gəldikdə planlarında olan balanslı xarici siyasətə hökumət qurmağa çalışdı. Hökumətin xarici siyasət, təhlükəsizlik və Avropaya İnteqrasiya nazirlikləri qərbyönlü qrupun nəzarətində idi. Bu qrupun hökumət içində lideri Azad Demokratlar Partiyasının sədri İrakli Alasaniya idi. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin İrakli Alasiniyanı istefaya göndərməsi “Gürcü Arzusu” koalisiyasının çökməsi deməkdi. Müdafiə naziri olaraq istefaya göndərilən İrakli Alasaniya, ardınca xarici işlər naziri Maya Pancikidze, Avropa inteqrasiya naziri Aleksi Petriaşvili və nazir  müavinləri, ən sonda Gürcüstanın ATƏT-dəki təmsilçisi diplomat da istefa verdi. Eyni zamanda parlamentdə “Gürcü Arzusu” koalisiyasında olan 10 millət vəkili də istefa verib”.
O.Qafarlı deyir ki, bu istefalar mövcud hökumətin böhranıdır. Gürcüstanda 7 nazirin istefasının hökumətin istefaya getməsinə səbəb olduğunu deyən ekspertin sözlərinə görə, proseslər bu istiqamətdə davam edərsə hökumət istefaya gedəcək. O.Qafarlı deyir ki, ən ciddi problem odur ki, yeni hökumətin qurulması da ciddi problem yaradacaq: “Və ”Gürcü Arzusu” koalisiyasının ən zəif tərəfi yenidən hökumət qurulması üçün məclisdə yetərli səsə sahib olmamasıdır. Bu gün Gürcüstanda hökumət formalaşdırmaq üçün siyasi qrupa ən azı 76 millət vəkilinin səsi lazımdır. Hazırda parlamentdə iqtidar koalisiyasında ayrılanlarla birlikdə 70 millət vəkili mövcuddur”.
Gürcüstanda baş verən siyasi böhran regional siyasətdə ciddi problemlərə səbəb olacaq: “İstefa verən nazirlər Azərbaycan, Türkiyə və Qərbin yaxın dostları idi. Yerlərinə gələcək nazirlərin Azərbaycana, Türkiyəyə və Qərbə nə qədər yaxın olacaqları bilinmir. Belə bir ehtimal var ki, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniyanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan arasında keçirilən hərbi təlimlər və görüşlər Rusiya tərəfində qıcıq yaradıb. Və uzun zamandır İrakli Alasaniyanın istefaya göndərilməsi üçün Gürcüstan hökumətinə təzyiqlər edilirdi. Və bu gün müdafiə nazirinin istefaya göndərilməsi bununla bağlıdır.
Artıq Azərbaycan, Gürcüstan və Türkiyənin birlikdə formalaşdırdıqları regional əməkdaşlıq sual altındadır. Gürcüstanda qərbyönlü qruplar yenidən iqtidara gəlməyəcəyi təqdirdə Bakı-Tiflis-Qars, TANAP kimi layihələrə yenidən baxıla bilər”.
KƏNAN
Previous Post

Gürcüstanda hökumət böhranı

Next Post

Öldürülən zabitin hansı cinayətdən xəbəri olub? – MÜƏMMA

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Öldürülən zabitin hansı cinayətdən xəbəri olub? - MÜƏMMA

Öldürülən zabitin hansı cinayətdən xəbəri olub? - MÜƏMMA

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.