Gürcüstanda azərbaycanlıların yaşadığı 3 kənd – Qaracalar, Qaratəhlə və Ağtəhlə ağırlaşan epidemioloji vəziyyətlə bağlı tam təcrid oluna bilər. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, Qaracalar və Qaratəhlə kəndində koronavirusa 34 yoluxma halı təsdiqlənib. Mərkəz rəhbəri qeyd edib ki, üç kənddə 7 minə yaxın sakin yaşayır və onların 10%-nin COVID-19-a yoluxduğu ehtimal olunur.
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA
Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat...





















Son şərhlər