Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkənin müsəlman gürcülərin yaşadığı Xulo bölgəsinin sakinlərini təhqir edib.
Moderator.az-ın Dağıstan mediasına istinadla verdiyi xəbərdə belər deyilir. Saakaşvili bildirib ki, rayon sakinləri heç bir incəsənət qalereyasına ehtiyac duymur və hətta onu psixiatrik xəstəxanalarla müqayisə edirlər. O, həmçinin yerli siyasətçilərdən birini təhqir edərək onu “deqradasiyaya uğramış” və “pis qoxuyan” adlandırıb.
Sabiq prezidentin belə bəyanatları rayonda qəzəb dalğasına səbəb olub. Gürcüstan Müsəlmanları İttifaqının rəhbəri Tariel Nakaşidze bildirib ki, Saakaşvili bu sözləri ilə, dağlıq Xulo bölgəsinin sakinlərini təhqir edib. “Belə çııxır ki, o, rayon sakinlərini “geridə qalmış və daha az mədəniyyətli” hesab edir”- deyən Nakaşidze eks-prezidentdən gürcü müsəlmanlardan üzr istəməsini tələb edib. Saakaşvili isə bunun üçün hələ tələsmir.
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq
NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. Elchi.az xəbər verir ki,...





















Son şərhlər