Gürcüstan Baş naziri Ermənistana səfər edəcək

58

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edəcək.

Elchi.az “armenpress”ə istinadən xəbər verir ki, Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ermənistana işgüzar səfər edəcək.

Bildirilib ki, Baş nazir Nikol Paşinyan və İrakli Qaribaşvilinin rəhbərliyi ilə Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Baş nazirlər arasında təkbətək görüş də gözlənilir.