"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Gürcüstan Azərbaycanda axtarışda olan eks-məmuru həbsdən buraxdı

03 Sentyabr 2014 - 14:08
in XƏBƏR LENTİ
FacebookVatsap
img1628970Bir müddət öncə Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında Gürcüstanda həbs olunan keçmiş Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Daşqın Ağalarlı sərbəst buraxılıb. Modern.az saytının xəbərinə görə, bu barədə məlumatı D.Ağalarlının özü verib.
“Tam və qəti olmayan, keçici bir qərarla azadlıqdayam. İnsallah sonra qəbul ediləcək qərarlar daha konkret və daimi olar” – deyə, D.Ağalarlı bildirib.
Qeyd edək ki, Daşqın Ağalarlı AXC hakimiyyəti dövründə Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyib. Surət Hüseynovun adamları cəbhə hakimiyyətini devirərkən onu da girov götürmüş, sonra külli miqdarda pul müqabilində buraxmışdılar.
Son vaxtlar o, Azərbaycanda külli miqdarda vergidən yayınmada ittiham olunaraq, beynəlxaql axtarışa verilmişdi.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən bu barədə saytın sorğusuna cavab olaraq bildirilmişdi ki, Azərbaycanda 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Eko İnşaat” MMC-də 24 941,04 manat əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş material üzrə 2011-ci il martın 3-də Cinayət Məcəlləsinin 213.1 maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılarkən məhkəmə qərarı ilə müəssisədə aparılan növbədənkənar səyyar vergi yoxlaması nəticəsində 394010,97 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilib.
Məlumatda qeyd edilirdi ki, istintaq zamanı “Eko İnşaat” MMC-nin direktoru Daşqın Ağalarlının 2013-cü il avqustun 15-də CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub, lakin istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmayıb: “Odur ki, həmin tarixdə barəsində Cinayət Prosessual Məcəlləsinin 278-ci maddəsi ilə axtarış elan edilib. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli qərarı ilə Daşqın Ağalarlı barəsində həbs-qətimkan tədbiri seçilib və cinayət işi üzrə icraat, CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılıb”.
Məlumatda o da bildirilir ki, Daxili İşlər Nazirliyinin İnterpol-un Milli Mərkəzi Bürosundan 2014-cü il martın 3-də daxil olan məktubda beynəlxalq axtarışda olan, Daşqın Ağalarlı Sarpi sərhəd keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olarkən saxlanılıb.
Azərbaycanın Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsi Daşqın Ağalarlının respublikaya ekstradisiya məsələsinin həll edilməsi üçün müvafiq işlər həyata keçirirdi.

 

Bunu da oxuyun

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Hesablama Palatasına yeni səlahiyyət verilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Previous Post

Gürcüstan Azərbaycanda axtarışda olan eks-məmuru həbsdən buraxdı

Next Post

“Onun ətrafında qızların olması məni narahat etmir”- Gülay

Bənzər yazılar

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilib

14 Avqust 2026 - 15:43

Hesablama Palatasına yeni səlahiyyət verilir. Elchi.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna...

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

Aydan Əliyevanın Oğuzda möhtəşəm solo konserti keçirilib

14 Avqust 2026 - 13:49

Bəstəkar-ifaçı Aydan Əliyevanın Oğuz rayonunda möhtəşəm solo konserti keçirilib. Konsert Oğuz rayonunun ən böyük parkı olan Zərifə Əliyeva adına İstirahət...

Azərbaycanda bu il internet xidmətləri 20%-dən çox artıb

Azərbaycanda bu il internet xidmətləri 20%-dən çox artıb

14 Avqust 2026 - 12:51

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2 378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq...

Next Post

“Onun ətrafında qızların olması məni narahat etmir”- Gülay

“Onun ətrafında qızların olması məni narahat etmir”- Gülay

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.