Növbəti ilə kimi Gürcüstan Müdafiə Qüvvələrinin hərbçilərinin maksimum sayı dəyişməyəcək.
Elchi.az xəbər verir ki, bununla bağlı hökumətin qərarı artıq parlamentə təqdim olunub.
Qərarda qeyd olunur ki, bu il olduğu kimi 2023-cü ildə də Müdafiə Qüvvələrinin hərbçi sayı maksimum 37 min nəfər olaraq təyin olunacaq.