Azərbaycanda sülh olmasa, Gürcüstanın inkişafı mümkünsüzdür, Gürcüstanda sabitlik olmasa və ölkəmizdən keçən yollar qorunmasa, Azərbaycan da inkişaf edə bilməz.
Elchi.az-ın xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Sozar Subari “İmedi” telekanalının efirində deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstanla Azərbaycan ən yaxın iqtisadi tellərlə bir-birinə bağlıdır.
Vitse-spiker qeyd edib ki, hər iki ölkənin sabit inkişafına töhfə verən layihələrin həyata keçirilməsinə 30 il əvvəl başlanılıb.
“Layihələr bizim ərazimizdən keçdiyindən bir çox ölkələr Gürcüstanda əmin-amanlığın olmasında maraqlıdır”, – Subari əlavə edib.





















