






Aksiya iştirakçıları İranın Kanal 2 televiziyasında keçən həftə yayınlanan proqramda Azərbaycan türklərinin təhqir olunmasına etiraz bildirərək, azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoyulmasına çağırıb.
Güneyli fəallar əllərində üzərində “İranda etnik azərbaycanlılara qarşı zülmü qınayın”, “Azərbaycanlılara qarşı təqiblərə göz yummayın”, “Həbs edilmiş etnik azərbaycanlılara azadlıq” kimi şüarlar yazılmış plakatlar tutublar.




















Son şərhlər