00:23
Ötən gün axşam saatlarında Qərbi Azərbaycan əyalətinin Xoy mahalında 6,2 bal gücündə baş verən zəlzələ nəticəsində dağıntılar olub.
Elchi.az xəbər verir ki, bu barədə “İranworkers” Tvitter hesabı məlumat yayıb.
Bildirilib ki, Xoyda yaralananlar da var.
Yeraltı təkanlar yerin 10 km dərinliyində olub.
***
Xoydakı zəlzələ nəticəsində 2 nəfər ölüb.
Bu barədə Qərbi Azərbaycan Böhran Vəziyyətləri İdarəsindən bildirilib.
İran Qızıl Aypara Cəmiyyəti isə təbii fəlakət nəticəsində 122 nəfərin yaralandığını vurğulayıb.
***
Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 664-ə çatıb.
Bunu əyalətin rəhbəri Məhəmməd Sadiq Motamedian deyib.
Onun sözlərinə görə, zəlzələ 2 şəhər və 70-dən çox kəndə ziyan vurub, tikililərin 50 faizi dağılıb.
***
İranın Qərbi Azərbaycan vilayətində baş vermiş zəlzələ nəticəsində 3 nəfər ölüb, 816 nəfər yaralanıb.
Bakının mərkəzində kokain satan şəxs saxlanıldı
Bakının mərkəzində, Nizami küçəsində kokain satan şəxs saxlanılıb. Elchi.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü...