"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Gülən işi”ndə kritik dönüş – ABŞ iki qiymətli əzizinin birindən imtina edir

24 Avqust 2016 - 08:25
in XƏBƏR LENTİ
FacebookVatsap
“Gülən işi”ndə kritik dönüş – ABŞ iki qiymətli əzizinin birindən imtina edir

Türkiyənin NATO üzrə əsas müttəfiqi yol ayrıcında; Ankaranın Ağ Evə seçim üçün verdiyi vaxt tamama yetir, ekstradisiya ilə bağlı danışıqlar bu gün bitir; Vaşinqton ya Güləndən, ya da… Türkiyədən vaz keçməlidir; gözlər Baydendə, Amerika desə ki…

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

ABŞ-Türkiyə münasibətlərində 15 iyul çevriliş cəhdi ilə başlanan gərgin dönəm aydınlaşmağa və durulmağa üz tutub. Xəbər verdiyimiz kimi, artıq iki gündür Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyi və xarici siyasət idarəsi təmsilçilərindən ibarət 4 nəfərlik nümayəndə heyəti Türkiyədədir. Onlar rəsmi Ankaranın ekstradisiya tələbi üçün hüquqi əsasların yetərli olub-olmadığını dəqiqləşdirməklə məşğuldur.
Avqustun 24-də, yəni bu gün araşdırmaların bitəcəyi gözlənilir. Səfərin sonuncu günü nümayəndə heyətinin Türkiyə rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Eyni gündə – avqustun 24-də isə Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyəyə gələcək. Gözlənilir ki, məhz vitse-prezident Gülən məsələsi ilə bağlı mühüm bəyanatı verəcək.
Baydenin Türkiyəyə səfər proqramı da açıqlanıb. «Report» «Haberturk»ə istinadən bildirir ki, səfərinin sonunda onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək. Lakin Co Bayden öncə Türkiyə Böyük Millət Məclisinə (TBMM) gedərək parlamentin sədri İsmail Kahramanla mediaya qapalı görüş keçirəcək. Görüşdən sonra iyulun 15-də dövlət çevrilişinə cəhd gecəsi bombalanan TBMM-in binasını gəzəcək. Nahardan sonra amerikalı ali qonaq baş nazir Binəli Yıldırımla Çankaya iqamətgahında təkbətək görüş keçirəcək. Görüşdən sonra onlar mətbuat üçün açıqlama verəcəklər.
Prezident iqamətgahında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da amerikalı qonaqla təkbətək görüş keçirəcək. Media üçün qapalı olacaq bu görüş başlamazdan əvvəl KİV təmsilçilərinə yalnız foto çəkməyə icazə veriləcək. Elə həmin gün axşam saatlarında Co Baydenin səfəri başa çatacaq.
 
***** 
Maraqlıdır ki, dünən Avropa Birliyi də 39 günlük fasilədən sonra Türkiyəyə nümayəndə heyəti göndərib. Bu barədə Avropa Parlamentinin Brüsseldəki ofisindən bildirilib. Avroparlamentin Türkiyə üzrə məruzəçisi Kati Pirinin ofisindən yayılan yazılı açıqlamada deyilir ki, Piri və Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok Türkiyədə görüşlər keçirəcək. Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyunun 15-də dövlət çevrilişinə cəhdindən sonra Ankaraya gerçəkləşən bu səfər avqustun 25-dək davam edəcək. Məqsəd Türkiyədəki mövcud vəziyyət barədə məlumat əldə etməkdir.
Avropadan olan səfər ABŞ-dan yüksək çinli nümayəndə heyətinin ziyarəti fonunda heç də təsadüfi görünmür. Bu yerdə yada salaq ki, Türkiyə Avropa Birliyini və Avroparlamenti də terror məsələsində Ankaraya yetərincə dəstək verməməkdə günahlandırır və bu təşkilatları dövlət çevrilişinə cəhddən sonra ölkəyə səfər reallaşdırmamağa görə tənqid edir.
 
***** 
 
Beləliklə, həm ABŞ-ın, həm də Avropa Birliyinin Türkiyəyə xüsusi önəm verdiyi bir daha üzə çıxır. Bu da məntiqlidir – çünki qardaş ölkə Qərb üçün, NATO üçün regionda vazkeçilməz bir ölkədir. O üzdən Vaşinqton və Brüssel Ankara ilə körpüləri bərpa etməkdə indi xeyli dərəcədə qətiyyətli görünür və düz də edirlər. Xüsusən də nəzərlər Amerikaya, Co Baydenin Türkiyə səfərində verəcəyi açıqlamalara dikilib.
Ola bilsin qapalı görüşlərdəki anlaşmaların mahiyyəti dərhal bəlli olmasın. Lakin Türkiyə ali rəsmilərinin, xüsusən də prezident Ərdoğanın jest və açıqlamalarından ilkin qənaətləri hasil eləmək elə də çətin olmayacaq yəqin ki. İstənilən halda məhz bu gün iki dövlət, yaxud iki köhnə müttəfiq arasında bitmiş “Gülən problemi” ilə bağlı yekun qərarın konturları görünəcək. 
Bəs “Gülən işi”ndə kritik dönüş olacaqmı? 
Böyük ehtimalla, bəli. Ona görə ki, Ağ Evə seçim üçün ayrılan vaxt limiti tükənib: Vaşinqton bütün hallarda nədənsə imtina eləməli, necə deyərlər, hazırda ona əziz olan iki qiymətli subyektdən birindən vaz keçməlidir – ya Güləndən, ya da nə qədər ağır və riskli olsa da… Türkiyədən. Seçim – Ağ Evindir.
*****
Onu da xatırladaq ki, F.Gülənin özü ABŞ-ın onu Türkiyəyə verməyəcəyinə inanır. Gülən deyib ki, Ankaranın təqdim etdiyi materiallarda onun ekstradisiyası üçün qanuni əsaslar tapılmayacaq. Ancaq ötən sayımızda da altını cızdığımız kimi, “Gülən işi” nə qədər hüquqi prosedura kimi təqdim edilsə də, artıq o, həm də siyasi məsələyə çevrilib. Siyasi məsələni isə siyasi hakimiyyətlər həll edir.
Previous Post

“Gülən işi”ndə kritik dönüş – ABŞ iki qiymətli əzizinin birindən imtina edir

Next Post

General Akif Çovdarovun ailəsinə Bakıdan çıxmaq yasağı qoyulub-vəkildən sensasion açıqlamalar

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

General Akif Çovdarovun ailəsinə Bakıdan çıxmaq yasağı qoyulub-vəkildən sensasion açıqlamalar

General Akif Çovdarovun ailəsinə Bakıdan çıxmaq yasağı qoyulub-vəkildən sensasion açıqlamalar

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.