Güclü yağış təsərrüfatlara ziyan vurdu

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Gədəbəydə yağan güclü yağış təsərrüfatlara ziyan vurub.

Gədəbəy rayon İcra Hakimiyyəti Aparatından APA-nın qərb bürosuna verilən məlumata görə, ötən gün rayonun Şınıx bölgəsində leysan yağış Düz Rəsullu, Mormor, Çay Rəsullu kəndlərində fəsadlar yaradıb. Kəndlərdə yaşayış evlərinə su dolub, əkin sahələri (kartof, kələm) yararsız hala düşüb. Çay Rəsullu kəndindəki çayda sel körpünü yararsız hala salıb. Həmçinin, qaz xətlərinə ziyan dəyib.

Aparatdan bildirilib ki, hazırda fəsadların aradan qaldırılması və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırmalar aparılır.

Bənzər yazılar

Next Post

Son xəbərlər