"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

“Göz xəstəliklərinə şəkərli diabet və qohum nigahları səbəb olur”- MÜSAHİBƏ +

03 Noyabr 2016 - 17:34
in SOSİAL
FacebookVatsap

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Qəlbin aynası olan gözlərin dediyini bəzən sözlər belə ifadə etmir. Göz informasiyadır, gözəllikdir, hiss və emosiyadır. Doktor Anar Abdullayev də məhz bu xüsusiyyətlərinə görə gözləri seçib. Uzun illərini sərf edərək həkim ixtisasına yiyələnib, təhsilini xaricdə davam etdirirərək ixtisasını artırıb, bir çox beynəlxalq elmi-konfransların iştirakçısı və məruzəçisi olub. Hazırda Dobromed HOSPİTAL-ın oftalmoloq-cərrahıdır.

 

 

– Doktor, niyə məhz göz ?

 

– Bilirsiniz, ətraf mühiti tanımaq və duymaqda bizə yardımcı olan ən əsas duyğu üzvümüz gözlərdir. Gözlərimiz olmasaydı, bizi əhatə edən gözəllikləri, dünyanı tanıya bilməzdik. “Gözlər qəlbin aynasıdır”, – deyirlər. Bəzən hislərimizi, emosiyalarımızı hər nə qədər gizləməyə çalışsaq da gözlərimiz bizi ələ verir, hislərimizi biruzə verdirir. Bəlkə də bu səbəbdən göz həkimi ixtisasını seçdim. Hərçənd ki, Tibb Universitetinə daxil olarkən fikrim başqa idi, atam kimi kardioloq olmaq arzusundaydım.

 

– Həkim ixtisasına yiyələnmək zəhmət və zaman tələb edən uzun bir yoldur. Bu sahənin mütəxəssisi olmağınızda özünüzü kimə borclu bilirsiniz ?

 

– Elədir. Bu, çox uzun bir yoldur və düşünürəm ki, müxtəlif zaman kəsiklərində, bu yolun müxtəlif məqamlarında fərqli insanların diqqəti, qayğısı və dəstəyi olmasaydı, bu məqama yetişməyim çətin olardı. İlk başda hər zaman mənə dəstək olmuş, boya-başa çatdırmış, təhsil vermiş valideynlərimi qeyd etmək istəyirəm. Valideynlərimin həkim olmaları də bu sahəyə istiqamətlənməyimdə böyük rol oynadı. Göz həkimi kimi yetişməyimdə isə Azərbaycan Tibb Universitetinin Göz xəstəlikləri kafedrasının rəhbəri, professor Paşa Qəlbinur və TC Sakarya Universitesi Göz hastalıkları ana bilim dalı başkanı Prof.Dr. Gürsoy Alagöz hocalarımın üzərimdə böyük mənəvi haqları var.

 

– Maraqlıdır, insanlar nədən şikayət edir, ən sıx rastlaşdığınız göz xəstəlikləri hansılardır ?

 

– Hər bir yerin öz coğrafi mövqeyinə, iqliminə, mühitinə xas olan xəstəlikləri olur. Məsələn, ekvatora yaxın ərazilərdə yaşayan insanlarda ultrabənövşəyi şüaların təsirindən dəri problemləri daha çox olur, gözlərində isə katarakta digər insanlarla müqayisədə daha çox rast gəlinir. Bizim regionun insanlarında daha çox rast gəlinən xəstəliklərdən şəkərli diabetin yaratdığı göz patologiyalarını deyə bilərəm. Bir də çox böyük təəssüf hissi ilə qohum nigahlarından dünyaya gələn uşaqlarda rast gəlinən xəstəlikləri qeyd etmək istərdim. Təəssüf ki günümüzdə hələ də qohum nigahları bağlanmaqdadır.

 

– Siz görməyən və ya görməsi çox az olan insanları əməliyyat edib, onların yenidən görməsinə səbəb olursunuz. İnsanı qaranlıq dünyadan işıqlı həyata bağlamaq, gözlərə nur vermək necə bir hissdir?

 

– Görməsini itirmiş insanı qanadı qırılmış quşa bənzədirəm. İnsan görməsini itirdiyi anda özünü hər şeydən məhrum olmuş kimi hiss edir. Bu, uçmağa alışmış bir quşun qanadsız qalmasına bənzəyir. Belə vəziyyət insanlarda apatiya, ruh düşkünlüyü, özünə qapanma halları yaradır. Görməsi zəif olan insanlar daha ehtiyatla hərəkət edir, hətta bir çox hallarda ətrafdakıların yardımına ehtiyac duyurlar. Və biz bu cür insanları əməliyyat edib, onların görməsini bərpa etməklə, sanki yenidən həyat bəxş edirik. Cərrah əməliyyatın uğurlu olub-olmamasını çox vaxt pasient təkrar müayinə üçün otağa daxil olduğu ilk addımlardan sezir. Pasientin hərəkətlərinin daha sərbəst, addımlarının daha inamlı olduğunu və ən əsası üzündəki sevinc hissini gördükdə zəhmətinin boşa getmədiyi anlayırsan. O an özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm.

 

– Gözlərimizin sağlam qalması üçün bizə nə tövsiyyə edirsiniz ?

 

– İlk növbədə sabit yuxu rejimi olmalıdır. Zərərli vərdişlərdən mümkün qədər uzaq olmaq, sağlıqlı bəslənmək, qida rasionunu meyvə-tərəvəzlərlə zənginləşdirmək, dəniz məhsullarından daha çox faydalanmaq, ən əsası stressdən uzaq olmaq lazımdır.

 

Elchi.az

Previous Post

“Göz xəstəliklərinə şəkərli diabet və qohum nigahları səbəb olur”- MÜSAHİBƏ +

Next Post

Dolların məznnəsi 1,6596 manata çatdı

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post

Dolların məznnəsi 1,6596 manata çatdı

Dolların məznnəsi 1,6596 manata çatdı

Son xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27
Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.