Yapon dənizində itən “Vostok” balıqçı gəmisinin axtarışları zamanı 40 min kv. metr su hövzəsi müayinə edilib, lakin trauler və heyət üzvləri ilə bağlı bir iz tapmaq mümkün olmayıb.
Elchi.az report.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.
“Yapon dənizində axtarışların başlamasından 4 sutka ötür – insanlar hələ də tapılmayıb. Gəminin son həyəcan siqnalının qeydə alındığı Qamova burnundan 100 mil cənub-şərqdə aparılan axtarış zonasında gəmi qruplarının tərkibi qismən dəyişib”, – deyə məlumatda bildirilir.
Balıqçı gəmisində 20 heyət üzvü, eləcə də iki Azərbaycan vətəndaşı olub.