"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Görkəmli alim və ziyalılar Milli Kitabxanada – Foto

14 Yanvar 2023 - 14:30
in CƏMİYYƏT
FacebookVatsap

Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr etdiyi “Lütfi Zadə. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirib.
Elchi.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasında gerçəkləşib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, Lütfi Zadənin yaradıcılığından bəhs edərək bildirib ki, Rafiq Əliyev və Kamal Abdulla Lütfi Zadə ideyalarını nəinki Azərbaycanda, eləcə də bütün dünyada təbliğ edən insanlardır.
Tədbirin moderatoru, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov qeyd edib ki, qeyri-səlis məntiq nəzəriyyəsini ilk dəfə olaraq texnika sahəsində çalışanlar istifadə ediblər, Azərbaycanda bu elm ilk dəfə olaraq ədəbiyyat sahəsində tətbiq edilib. Bildirib ki, Lütfi Zadə məntiqi təsadüfən yaranmayıb, Şərq təhsili onun tədqiqatlarına böyük təsir edib. Lütfi Zadə informasiya nəzəriyyəsi sahəsində də böyük inqilablar yaradıb, Azərbaycan alimlərinin inkişafında ciddi xidmətləri olub. Qorxmaz İmanov çıxışında Rafiq Əliyevin Zadə nəzəriyyəsinə gətirdiyi yeni fikirlərdən, əldə etdiyi mühüm nəticələrdən də bəhs edib. O, daha sonra Kamal Abdullanın yaradıcılığından bəhs edərək, onun ədəbiyyata olan sevgisindən, qorqudşünas alim kimi tədqiqatlarından, qeyri-səlis məntiqin qorqudşünaslığa tətbiqindən bəhs edib.

Bunu da oxuyun

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Tədbirin davamında AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, kitabın aparıcı xəttini türk və yunan mifləri ilə müqayisə təşkil edir. Bu kitab həm qədim miflərin, həm də müasir ədəbiyyatın strukturunu öyrənmək üçün böyük əhəmiyyətə malikdir.
Xalq şairi Ramiz Rövşən söyləyib ki, bu kitab çox qiymətlidir. Kitabda ya yaxşı, ya pis sistemi nə yaxşıdır, nə pis sistemi ilə əvəz olunur. Qeyri-səlis məntiq nəzəriyyəsi bir növ ironiyaya yol açır, belə ki, atalar sözlərində də xeyli ironiya vardır.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının mətninin 525-ci qəzetin 5 nömrəsində müzakirə məqsədilə dərc olunduğunu bildirərək qeyd edib ki, mütəxəssislərdən və geniş ictimaiyyətdən alınan müsbət rəylər belə qeyri-adi mövzuya həsr olunan kitabın çap olunması fikrini ortaya qoydu və bu gün söylənilən fikirlər də bir daha sübut etdi ki, biz müəlliflərlə birlikdə bu kitabı nəşr etməkdə yanılmamışıq və bu kitab çox əhəmiyyətli bir mövzuya həsr olunub, habelə gələcəkdə başqa elm sahələrində də qeyri-səlis məntiqin təzahürü ilə bağlı tədqiqatların aparılmasına yol açacaqdır.
Kitabın müəlliflərindən biri olan AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərək Milli Kitabxanaya belə bir tədbir təşkil etdiyinə görə təşəkkür edib. O öz çıxışında “Lütfi Zadə. Biblioqrafiya” kitabının əhəmiyyətindən bəhs edərək, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu və hər iki kitabın Lütfi Zadə ideyalarının təbliğində böyük rol oynayacağı qənaətində olduğunu vurğulayıb.
Kitabın digər müəllifi xalq yazıçısı, akademik, ADU-nun rektoru Kamal Abdulla əsərin necə ərsəyə gəlməsindən bəhs edərək deyib ki, qeyri-səlis məntiq nəzəriyyəsi “Dədə Qorqud” dastanının öyrənilməsinə yeni ruh gətirib. O qeyd edib ki, kitab artıq ingilis və türk dillərinə tərcümə edilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Fazil Mustafa, Vahid Əhmədov, Etibar Əliyev, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, AMEA-nın İqtisadiyyat institutunun direktoru, professor Nazim İmanov və başqaları qeyri-səlis məntiq nəzəriyyəsindən, bu istiqamətdə Lütfi Zadənin gördüyü əvəzsiz işlərdən, 1965-ci ildə reallıqla fantastikanın harmoniyasından yaranmış qeyri-səlis məntiq nəzəriyyəsini ərsəyə gətirməsindən, Rafiq Əliyevin Lütfi Zadə nəzəriyyəsinə qatdığı yeni ideyalardan, əldə etdiyi mühüm nəticələrdən, Kamal Abdullanın qorqudşünas alim kimi tədqiqatlarından, Dədə Qorquda qeyri-səlis məntiqi yanaşmadan bəhs ediblər.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı geniş kitab sərgisi ilə tanış olublar.

Previous Post

Görkəmli alim və ziyalılar Milli Kitabxanada – Foto

Next Post

Axı sənin nəyin çatmırdı?!

Bənzər yazılar

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də...

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun –...

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün...

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

Next Post
Axı sənin nəyin çatmırdı?!

Axı sənin nəyin çatmırdı?!

Axı sənin nəyin çatmırdı?!

Axı sənin nəyin çatmırdı?!

Son xəbərlər

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.