Goranboyda evə girən oğrular ər və arvadı döyüb.
Elchi.az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib.
Xəsarət alan 1951-ci il təvəllüdlü Səməd Həmid oğlu Verdiyev və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Sədaqət Ədil qızı Verdiyeva xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər. Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar.
Faktla bağlı araşdırma aparılır.
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır
Prezident İlham Əliyevin yeni Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların...





















Son şərhlər