"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Gömrük sistemində inqilab:Prezidentin sərəncamı nələri dəyişəcək?

05 Mart 2016 - 00:56
in XƏBƏR LENTİ
FacebookVatsap
gomruk-2

 

Bunu da oxuyun

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında bu gün Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam inqilabi dəyişikliklərə yol açır.

İlk növbədə məcburi sertifikatlaşdırılmalı olan malların siyahısı azaldılacaq. Bununla əlaqədar  Nazirlər Kabineti iki ay müddətində yeni siyahı hazırlamalıdır.  Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda  təhlükəsizliyi 01 yanvar 1994-cü ildən təmin olunmalı məhsulların sırasında  32 adda məhsul, eyni zamanda köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları, tibbi immunobioloji preparatlar vardı.

Bununla yanaşı yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısında məhsullar 7 qrupda qruplaşdırılmışdı. Böyük ehtimalla, bu siyahı xeyli azalacaq. Çünki məhsulların məcburi sertifikatlaşdırılması sahibkarlar üçün əlavə çətinliklər və xərclər yaradırdı.  Bu, həm idxal, həm də ixrac üçün əlavə stimul yaradacaq.

Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısı  hazırlanacaq. Vahid siyahının formalaşması sahibkarlar üçün vaxt itkisinin azalması, sənədləşmənin asanlaşması deməkdir.

Bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu iki ay müddətinə təmin olunmalıdır. Bu isə sahibkarların, vətəndaşların məmurlarla birbaşa təmasını azaldacaq. Eyni zamanda şəffaflığı və uçot əməliyyatlarının daha dəqiq aparılmasını təmin etməyə imkan verəcək.

Qısa idxal bəyannaməsinin tətbiqi də çox mühüm yenilik olmaqla idxal prosedurlarını sadələşdirəcək. Eyni zamanda vaxt itkisinin, bürokratik əngəllərin qarşını alacaq.

Tranzit yükdaşımaları sahəsində də müddətlərin azaldılması üçün tədbilər görülməsi nəzərdə tutulur. İndiki halda Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin işə düşməsi üçün hökumətin səyləri fonunda zamanında atılmış düzgün addım olacaq.

Ən vacib yeniliklərdən biri kimi, xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirilməsi ilə bağlı mexanizmlərin tətbiq edilməsini qeyd etmək olar. İndiyə qədər xüsusən idxal sahəsində tərəfdaş ölkələrin açıqladığı statistika ilə Gömrük Komitəsinin məlumatları ərasında kəskin fərq yaranırdı. Müstəqil ekspertlər qeyd edirdilər ki, bu, gömrükdə uçotdan böyük yayınmalarla bağlıdır. Bundan sonra isə bu problem həllini tapmalıdır.

Bütün dünyada geniş istifadə olunan  “Yaşıl dəhliz” təcrübəsinin tətbiqi də çox əhəmiyyətli novasiya olacaq. Bu, imkan verəcək ki, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etməklə mallar və nəqliyyat vasitələri gömrük sərhədindən çox asan və maneəsiz keçilsin.

Gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi təmin olunacaq. Bu isə sahibkarlar üçün çox böyük töhfə deməkdir. Azərbaycandakı hazırki gömrük prosedurları öz mürəkkəbliyi ilə fərqlənirdi.

Hazırda gömrük nəzarətinin həyata keçirilməsinin əsası Yük Gömrük Bəyannaməsidir (YGB). Gömrük nəzarətinin həyata keçirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə bölünür.  Birinci mərhələdə YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir. Bunun üçün yük şöbəsi tərəfindən bəyannamənin bütün qrafalarının doldurulmasının düzgünlüyü yoxlanılır, bəyan edilmiş gömrük rejimi və malların adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu müəyyən edilir.

YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və aşkar edilmiş səhvlərin düzəldilməsi üçün deklaranta qaytarılır.

 İkinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları nəzarət predmeti olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı tərəfindən valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır.

Üçüncü mərhələdə gömrük ödənişlərinin hesablanma dəqiqliyi, gömrük güzəştləri verilməsinin qanunamüvafiqliyi yoxlanılır, ödənişlərin gömrük orqanlarının hesabına daxil olmasına nəzarət edilir.

Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların doldurulmasını yoxlayır.

Nəhayət, beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli şəxsi malın gömrük müayinəsi (yoxlaması) barədə qərar qəbul edir.

Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra yük sənədinə “Buraxılışa icazə verilir” ştampı vurulur. Bu ştamp və YGB-nin nömrəsi (yük sənədinin yuxarı sağ küncündə) şəxsi nömrəli möhürlə təsdiqlənir.

 

Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə təsnifatlandırılır:

1. Ticarət sənədləri.

2. Nəqliyyat sənədləri.

3. Gömrük sənədləri.

4. Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər.

Bütün bu qruplar üzrə isə xeyli sayda sənədlər tələb olunur.

Sənədlərin sayının azaldılması və prosedurların sadələşdirilməsi korrupsiyanın qarşısının alınmasına, ixracın stimullaşdırılmasına, sahibkarların vaxt itkisindən, bürokratik əngəllərdən azad olunmasına yol aça bilər.

Eyni zamanda bu tədbilər gömrükdə inhisarçılığı aradan qaldırmağa hesablanıb. “Yaşıl dəhliz” praktikasının tətbiqi, uçot sisteminin təkmilləşdirilməsi və elektron bəyannamələrin verilməsi inhisarçılığa da böyük zərbə olacaq.  

Previous Post

Gömrük sistemində inqilab:Prezidentin sərəncamı nələri dəyişəcək?

Next Post

”Banklar haqsız olduqlarından qorxuya düşüblər”

Bənzər yazılar

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58

Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Van İ Bakıda keçirilən görüş zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad...

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56

İtaliyanın "Venesiya" klubunun baş məşqçisi Covanni Stroppa vəzifəsindən azad edilib. Elchi.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat...

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50

Türkiyənin İstanbul şəhərində leysana görə yolları su basıb, əyani tədris dayandırılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu səbəbdən...

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

14 Oktyabr 2026 - 14:14

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında çıxışı zamanı Qərbi azərbaycanlıların hüquqlarına, onların tarixi torpaqlarına...

Next Post

”Banklar haqsız olduqlarından qorxuya düşüblər”

”Banklar haqsız olduqlarından qorxuya düşüblər”

Son xəbərlər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

14 Oktyabr 2026 - 19:13
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:06
Şavkat Mirziyoyev Bakıya gəlib – YENİLƏNİB

Şavkat Mirziyoyev Bakıya gəlib – YENİLƏNİB

14 Oktyabr 2026 - 18:59
DMX: 30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

DMX: 30-dan çox Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

14 Oktyabr 2026 - 18:48
Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

14 Oktyabr 2026 - 18:37
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

14 Oktyabr 2026 - 18:26
Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

14 Oktyabr 2026 - 18:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.