Çinin “Global Times” qəzeti yazır ki, Türkiyə Rusiya və ABŞ-ın qadağasına baxmayaraq, Suriyadakı kürd yaraqlılarına qarşı hər an quru hərbi əməliyyata başlamaq niyyətindədir.
Elchi.az erməni mediasına istinadən bildirir ki, qəzetin yazdığına görə, Vaşinqton və Moskva diplomatik yolla Ankaranı əməliyyata başlamamağa inandırmağa çalışırlar.
Lakin hərbi ekspertlərin fikrincə, Türkiyə prezidenti Rəcəb Ərdoğan quru əməliyyatlarına başlaya bilər.
“Bu bölgə Türkiyə ilə həmsərhəddir, ABŞ və Rusiya bu bölgədən minlərlə kilometr uzaqdadır”, – deyə müdafiə siyasəti üzrə ekspert Ezgur Aksi bildirib.
Yeganə