Gerb, himn və bayraqla bağlı qanunlara dəyişikliklər edilə bilər – Milli Məclisdə müzakirə olunacaq

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

>

Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişiklik müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, bununla bağlı məsələlər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.

İşlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb.

Layihələrin məzmunu hələlik açıqlanmayıb.

İşlər planı MM-in payız sessiyasının oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Bənzər yazılar

Next Post

Son xəbərlər