Georgi Haci qayıtdı

🗓 13.09.2014 21:36 ✍️ "Elçi" qəzeti

Rumınyalı mütəxəssis Georgi Haci yenidən baş məşqçiliyə başlayıb.c9902fc36c2768bcf37a2ed501d6c729 Rumın mütəxəssis sahibi olduğu "Vitorul" klubunun baş məşqqçi təyin edilib. Rumıniya Liqa 1-də çıxış edən klubu ilk 6 turda cəmi 3 xal qazanıb. Bu səbəbdən baş məşqçi Boqdan Stelea istefaya göndərilmiş və komanda müvəqqəti olaraq Boqdan Vintilaya tapşırılmışdı. Haci bu dəfə komandanın başına özü keçmək qərarına gəlib. O, sentyabrın 15-də mətbuat konfransı keçirərək yeni işinin icrasına başlayacaq. Qeyd edək ki, "Xəzər Lənkəran"dan ayrılan Adrian Pit "Vitorul"da çıxış edir.

Bənzər yazılar