Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub. O həmçinin institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Elchi.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.
Qeyd edək ki, o, 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.





















