Gentilloni: “Avropa İttifaqı tənəzzüldən qaça bilib”

97

“Avropa İttifaqı (Aİ) tənəzzülün qarşısını ala bildi və növbəti iki ildə-2023-cü və 2024-cü illərdə ÜDM artımı 1,0 və 1,7 faiz səviyyəsində gözlənilir. Bunu 2023-cü il sübut edir”.

Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının saytında dərc olunan yaz proqnozu ilə bağlı hesabatda qeyd edilib.

“Aİ iqtisadiyyatı keçən payızda proqnozlaşdırdığımızdan daha yaxşı vəziyyətdədir. Biz tənəzzüldən qaçdıq, bu il və gələn il artıma hazırıq”, -deyə Aİ-nin iqtisadiyyat üzrə komissarı Paolo Gentilloni bildirib.

Gentilloni qeyd edib ki, proqnozun yaxşılaşdırılması enerji qiymətlərinin aşağı salınması ilə bağlı ticarət şəraitinin əks-şoku ilə bağlıdır:

“Bununla bağlı Aİ Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirməyi planlaşdırır. Məsələn, mayın 15-də Avropa İttifaqının prezidenti Ursula fon der Leyen bəyan edib ki, Aİ ölkələri Rusiya vasitəsilə Aİ-dən üçüncü ölkələrə malların tranzitinə qadağa qoyulması məsələsini müzakirə edirlər”.

Yeganə