"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Generalın keçmiş xanımı ölkədən necə qaçıb – Şok təfərrüatlar

03 İyul 2015 - 10:12
in XƏBƏR LENTİ
FacebookVatsap

Generalın keçmiş xanımı ölkədən necə qaçıb - Şok təfərrüatlar

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

“Özüm keçmiş polis işçisi olmuşam. Əlövsət Əliyevi 2008-ci ildən – polis orqanında işləyən vaxtlardan tanıyırdım. O, işdən çıxandan sonra da münasibətimiz davam edirdi.
 
Ötən ilin əvvəlində yanına dəvət edib dedi ki, bir ailə var, onlara sənəd düzəldilməlidir. Sən onları Bərdəyə aparıb gətirəcəksən. Sənəd orda düzəldiləcək. Buna görə sənə sürücü kimi xidməthaqqı verəcəyəm”.
İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş ailəsini saxta sənədlə ölkədən çıxarmaqda və evindəki seyfindən 60 min manat oğurlamaqda təqsirləndirilən 14 nəfərin məhkəməsi keçirilib.
​Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən məhkəmədə təqsirləndirilən şəxslər ifadə veriblər. İlk ifadə verən Namiq Camalov DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və həbs olunduğunu söyləyib.
O, Emin Şəkinskinin keçmiş həyat yoldaşını “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin prezidenti Əlövsət Əliyev vasitəsilə tanıdığını bildirib:
“ƏLÖVSƏTLƏ GÜLNARƏ TEZ-TEZ MÜBAHİSƏ EDİRDİ”
 
“Əlövsət Gülnarəni mənə öz bacısı qızı kimi tanıtmış, adının da Aysel olduğunu demişdi. Aysel kimi tanıdığım Gülnarəyə sürücülük edirdim. Sənədlərlə bağlı onu müəyyən yerlərə aparmışam. Bir necə dəfə Bərdəyə – polis şöbəsinə getmişik.
Əlövsət Əliyev
Deyirdi, evi plana düşüb. Bakıdakı evindən qeydiyyatdan cıxaraq, rayon qeydiyyatına düşmək istəyir. Onun yanında həmişə Şəfiqə adlı yaşlı qadın olurdu. Bərdədə Pənah və Saçlı ilə görüşdük, polis şöbəsinə girib cıxdılar. Sənəd məsələsi ilə onlar məşğul olurdular.
Hakim: “Əlövsət Əliyev buna görə sizə nə qədər pul verirdi?”
Namiq Camalov: “Sürücü kimi 600-700 manat alırdım. Bərdəyə aparıb-gətirməyimə görə ayrıca 1500 manat da vermişdi”.
Təqsirləndirilən şəxs bunu da bildirib ki, bir neçə dəfə Bərdə Rayon Polis Şöbəsinə gedib-gələndən sonra Gülnarə Şəkinskaya başqa ad və soyadla – Aysel Müzəffər qızı Əliyeva olaraq şəxsiyyət vəsiqəsi və xarici pasport əldə edib:
“Mən sonadək nə onun əsl adının Gülnarə, nə soyadının Şəkinskaya, nə də Emin Şəkinskinin advadı olduğunu bildim”.
Prokuror Fərid Nağıyev: “Heç şübhələnmədiniz?”
Namiq Camalov: “Yox. Mən müstəntiq deyildim ki. Hec nə bilmirdim. Sonra uşaqlara sənəd düzəltdilər. Gülnarə hər dəfə Bərdəyə gedəndə, Şəfiqəni də özüylə aparırdı. Gülnarənin 4 uşağı vardı. “Bandotdel”də bilmişəm ki, o, Aysel Əliyeva yox, Gülnarə Şəkinskayadır. Özü isə mənə demişdi ki, uşaqların atası Rusiyada yaşayır, aliment verir”.
Namiq Camalov Gülnarə Şəkinskaya ilə Əlövsət Əliyevin onun yanında bir neçə dəfə mübahisə etdiyini, Gülnarənin ondan sənədi tez düzəltməsini istədiyini söyləyib. Deyirdi, Evi satıb pulunu sənə vermişəm, sənədimizi düzəlt və ver, çıxıb gedək.
“DEDİ, YETİM QIZA SƏNƏD DÜZƏLTMƏK LAZIMDIR”
 
Sonra Ağcəbədidə məskunlaşan Laçınlı köçkün Pənah Dadaşov da ifadə verib. O, məhkəmədə bildirib ki, Şəfiqə Bağırovanı Ramiz adlı bir nəfər vasitəsilə tanıyıb:
“Şəfiqə Bağırova dedi ki, bir nəfərə sənəd düzəltmək lazımdır.
Mən də Saçlı xanıma müraciət etdim. Mənə 600 manat verilmişdi. Onun 300 manatına arayış aldım, 300 manatını da Saçlıya verdim”.
Pənah Dadaşov yaşayış yerindən arayış alaraq, şəxsiyyət vəsiqəsi və daha sonra xarici pasport düzəltdirdiyini deyib. O bu işdə Saçlı Həsənovanın daha çox rol oynadığını da söyləyib.
Məhkəmə Saçlı Həsənovanı da təqsirləndirilən şəxs qismində dindirib.
Saçlı Həsənova: “30 ildir Bərdədə müəllimə işləyirəm. Pənahı da çoxdan tanıyıram. Mənə zəng vurub dedi ki, bir yetim qız var, xəstədir, onu İrana müalicəyə aparmaq lazımdır. Sənədi yoxdur. Öz uşaqlarım əlil olduğundan ürəyim ağrıdı. Balaca bir qız uşağı ilə gəldi. Uzun illər əvvəl 1 yaşında ölən uşağımın doğum şəhadətnaməsi qalmışdı. Həmin şəhadətnamə ilə uşağa sənəd düzəltdik. Şəkil uşağın, ad-soyadsa mənim ölmüş uşağımın idi”.
Prokuror: “Buna görə nə qədər pul aldınız?”
Saçlı Həsənova: “Pənah deyir, mənə 300 manat verib. Yalan danışır, onun əvvəldən mənə 500 manat borcu vardı. Xəstə olduğuma görə 300 manatını qaytardı ki, müalicəyə xərcləyim. Mənə verdiyi pulun o işlə heç bir əlaqəsi yox idi”.
Bərdə sakini olan digər təqsirləndirilən şəxs Raquf İsfəndiyarov rayonda çayxana sahibiymiş. Emin Şəkinskinin keçmiş ailəsinin ölkədən çıxarılması üçün saxta sənəd söhbətinin bir epizodu da onun çayxanasında olub. O öz bacısı qızının adına alınan saxta sənədə görə Gülnarə Şəkinskayanın adamlarından min manat aldığını etiraf edib.
Emin Şəkinski (mia.gov.az)
Hakim: “Niyə aldın o pulu?”
Raquf İsfəndiyarov: “Çayxananın icarəhaqqını ödəməliydim”.
“”BANDOTDEL”DƏ BİLMİŞƏM Kİ, SÖHBƏT EMİN ŞƏKİNSKİNİN ARVADINDAN GEDİR”
Digər təqsirləndirilənlər Zeynəb Cəfərova, Pərvin və Rəvanə Dadaşovlar (ər-arvad), Tahir və Günel Hüseynovlar (ər-arvad), Adəm və Ənnab İskəndərovlar (ər-arvad) da məhkəmədə ifadə veriblər. Onlar da etiraf ediblər ki, Gülnarə Şəkinskayanın övladlarına öz uşaqlarının ad-soyadıyla saxta sənəd çıxarılmasına qatılıblar. Ancaq əsl məqsəddən xəbərsiz olduqlarını da sözlərinə əlavə ediblər.
Məsələn, Raquf İsfəndiyarov bundan DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsində xəbər tutduğunu bildirib:
“Məni “bandotdel”ə gətirdilər. Bir neçə saat ayrı-ayrı otaqlarda saxlayandan sonra müstəntiq dedi ki, sən həbs olunub içəri getməlisən. Heç bilirsən nə etmisən? Emin Şəkinskinin ailəsinə saxta sənəd düzəltmisən”.
Təqsirləndirilən şəxslərin “işlərin mayası” adlandırdığı Şəfiqə Bağırovanın 78 yaşı var. O da mühakimə olunur. Ancaq Şəfiqə Bağırova Gülnarə Şəkinskaya ilə əlaqələrini inkar edib:
“Mən o ailəni tanımıram. Emin Şəkinskinin özü 1966-cı ildə İranda mənim oğlumla birinci sinifə gedib. Bundan o tərəfə tanışlığımız yoxdur”.
SEYFDƏN OĞURLUQ İTTİHAMI QONDARMADIR?
 
Təqsirləndirilənlərin bəziləri Gülnarə Şəkinskayanın yaşadığı mənzildəki seyfdən Emin Şəkinskiyə məxsus 60 min manat oğurlamaqda suçlanıblar. Ancaq onlar Gülnarə Şəkinskayanın mənzilində olmadıqlarını və bu xanımın adını yalnız istintaq vaxtı eşitdiklərini bildiriblər.
Namiq Camalov: “Bizi tutanda,müstəntiq dedi ki, boynunuza “narkotik” qoyacağıq. O vaxt ortada oğurluq söhbəti yox idi. Başımıza gəlməyən oyun qalmadı. Müstəntiq yazıb, mən imzalamışam. Həmin ev boş idi, plana düşürdü, orada hec nə yox idi. Hec uşaqların ayaqqabısı da qalmamışdı evdə. Gülnarə evin qapısını da satıb cıxmışdı ordan. O ev Gülnarənin atasının mülkü olub”.
Məhkəmə iclası iyulun 10-da davam edəcək.
DİN Cinayət-Axtarış Baş İdarəsinin rəisi Emin Şəkinski ötən il keçmiş həyat yoldaşı tərəfindən ona məxsus pulların oğurlanması, övladlarının ölkədən saxta sənədlə çıxarılması ilə bağlı ərizə verib. Həmin ərizə əsasında hazırda məhkəmə qarşısında dayanan Bərdə sakinləri həbs olunub.
Gülnarə Şəkinskaya və Miqrasiya rəhbəri Əlövsət Əliyev ölkədə olmadıqları üçün barələrində həbsli axtarış elan edilib.
Təqsirləndirilən şəxslərdən üçü həbsdə, qalanları zamindədir. Onlar saxta sənədin düzəldilməsində və Şəkinskinin ailə üzvlərinin Balakən sərhəddindən Gürcüstata keçirilməsində iştiraklarını məhkəmədə etiraf ediblər. (Azadlıq Radiosu)

 

Previous Post

Generalın keçmiş xanımı ölkədən necə qaçıb – Şok təfərrüatlar

Next Post

Neft ucuzlaşıb

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

Neft ucuzlaşıb

Dollar və avroda son vəziyyət - Cədvəl

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.