Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib.
Bu barədə Elchi.az-a nazirlikdən məlumat verilib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.
Qonaqlar həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.
Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.
Mülki müdafiə qoşunlarının hərbi hissəsində andiçmə mərasimi keçirilib
Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində 2026-cı ilin oktyabr çağırışçılarının andiçmə mərasimi keçirilib. FHN-dən Elchi.az-a verilən...





















Son şərhlər