"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

General Elçin Əliyevlə Rəsul Quliyevin telefon danışığı – kod “28 oktyabr”…

22 Noyabr 2015 - 00:16
in XƏBƏR LENTİ
FacebookVatsap
General Elçin Əliyevlə Rəsul Quliyevin telefon danışığı – kod “28 oktyabr”…

Eldar Mahmudovun həbs dosyesi xüsusi komissiya tərəfindən hazırlanır; MTN işində Rəsul Quliyevə zəng fraqmenti – yeni gəlişmələr var; sabiq spikerlə general Elçin Əliyev arasındakı telefon danışığını Rusiya xüsusi xidmət orqanları fiksə edib; Bəylər Əyyubovun rəhbərlik etdiyi komissiya gecə-gündüz işləyir; yeni hay-küylü həbslər başlayır…

Bunu da oxuyun

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

 
Milli Təhlükəsizlik Nazirliyinin ifşa olunan bir qrup rəhbəri haqda hər gün fərqli və sensasion məlumatlar, ifşa xarakterli təfsilatlar ortaya çıxmaqdadır. Hazırda Azərbaycan insanının gündəmində başqa bir məsələ yoxdur. Gözlər elektron kütləvi informasiya vasitələrindədir: keçmiş nazir və onun komandası daha nələr edibmiş…
Ortadakı səhnə isə gerçəkdən vahiməlidir. Dövlətin və prezidentin etimadından sui-istifadə edərək Azərbaycanın iş sektorunu, orta və iri biznesini çökdürən bir qrup ölkənin milli təhlükəsizliyinə ən böyük təhdid imiş. Azərbaycanın milli təhlükəsizliyini qorumalı olan komanda ancaq düşmənin edə biləcəyi bir əmələ imza atıb. Nazirlərdən bir neçəsini də şantajla tərəfinə çəkərək, bütövlükdə iş sektorunu çökdürmüş, iş adamlarına, sahibkarlara divan tutmuş, ölkənin iki ən böyük banklarını “xortumlamış”,  dövlətin iqtisadi qüdrətini sarsıdacaq addımlara yol vermişlər. 
Bu dəstənin cinayətləri yalnız iqtisadi sferada olmayıb; təkcə varlanmaq məqsədi güdməyib. MTN-in başında duran və özlərinə başqa sferalarda da tərəfdar toplayan dəstə iqtidarda əsas söz sahibinə çevrilmək, siyasi hakimiyyətə kontrolu təmin etmək üçün bir sıra qanunsuz, vətənə xəyanət sayıla biləcək addımlar da atmışlar. Böyük ehtimalla, xarici qüvvələrdən birinin də yaxından iştirakı ilə dövlət rəhbərlərinin iç və dış (kənar) danışıqları dinlənilmiş, dövlət rəhbərləri gizli şəkildə izlənmiş və bütün bunlar dosyeləşdirilmişdir.
Beynəlxalq Bank işi ilə bağlı cinayətlər ortaya çıxanda hər kəs əmin idi ki, bunca masştablı mənimsəmələr, özbaşınalıqlar  yalnız bankın rəhbəri Cahangir Hacıyev səviyyəsində ola bilməzdi. Onun mütləq bir hamisi var; bütün nəzərlər də C. Hacıyevin qudası Eldar Mahmudovun üzərində fokuslaşmaqda idi. Lakin o zaman Eldar Mahmudov qüdrətinin pikində idi; kimsə onun haqqında danışa və yaza bilmirdi. Hətta prezidenti hər fürsətdə tənqid və çox zaman da təhqir edən Əli Kərimlinin mediadakı və sosial şəbəkələrdəki qırğıları da uzun illər idi ki, Eldar Mahmudov haqqında heç nə yazmır; Kərimli özü isə bu adam haqqında heç nə danışmırdı. Mətbuat sənayesinin içində olan hər kəs bilir ki, Kərimli və onun adamları bunu yalnız bir halda edirlər: ünvanına susduqları məmur (şəxs, vətəndaş) onlara illik xərac ödəyir, əlaqə yaradır və üstəlik, özü barədə susmaq məcburiyyəti yaratmaqla, həm də başqaları haqda da kompromatlar ötürürlər. Bu baxımdan, siyasi kluarlarda Əli Kərimli ilə Eldar Mahmudovun gizli anlaşma içərisində olduğu hər zaman danışılan mövzu idi. İddialara görə, Əli Kərimlinin müavinlərindən biri də məhz bu əlaqələr sayəsində yüz faizli həbs təhlükəsindən qurtula bilmişdi…
Lakin zaman gəldi, prezident Eldar Mahmudovu işdən çıxartdı və səhnəni örtən pərdə aradan qaldırıldı. İndi hər kəs özünü bu səhnəyə atıb, Eldar Mahmudov barəsində bildiklərini qışqırır. Bu həşirin içində ən çox eşidilən “səs” də Kərimovcu medianın səsidir; onun sosial şəbəkələrdəki dəstəsi də MTN-in keçmiş şefi ilə anlaşmanı artıq qüvvədən düşmüş sayan liderlərinə baxaraq, düzlənir…
 
Beləliklə, məlum olur ki, Eldar Mahmudov və onun qorxulu dəstəsi böyük cinayətlərə imza atıb. Lakin MTN-in keçmiş şefini və onun ifşa olunan dəstəsinin əhəmiyyətli fiqurlarını həbs etmirlər. “Niyə”, deyə azərbaycanlılar bir-birilərinə sual verir. Bizimkilər adətən verdikləri suallara sonra dönüb özləri də cavab verirlər; lakin bizi abıvatelin qurduğu bəsit ssenarilər az maraqlandırır. Məlumatlarsa bir gerçəyi ortaya qoyur. Mahmudovu və digərlərini ona görə tutmurlar ki, hazırda onların mənimsədikləri vəsaitlərin və əllərində olan mal varlığının əhəmiyyətli bir hissəsi geri qaytarılır, “milliləşdirilir” . Bundan sonra böyük ehtimalla, həm Eldar Mahmudov, həm də onun cinayətkar dəstəsinin əksər üzvləri həbs olunacaqlar.
Hazırda yaxın gələcəkdəki bu həbsləri əsaslandırmaq üçün lazım olan bütün işlər görülür. MTN-in ifşa olunan rəhbərlərinin əməllərini araşdırmaq üçün xüsusi bir komissiya qurulub; Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, prezidentin təhlükəsizlik xidmətinin rəisi  Bəylər Əyyubovun rəhbərlik etdiyi bu komissiya Mahmudov çetesinin cinayətlərinin və mənimsəmə prosesinin miqyaslarını müəyyən etməklə məşğuldur. İddialara görə, artıq layiqli dosye hazırlanıb, ifşa olunan MTN rəhbərləri və onlara xidmət göstərən digər sahələr üzrə vəzifəli məmurlar yaxın zamanlarda Kürdəxanıdakı həbsxanaya aparılacaqlar.
Komissiyanın araşdırdığı və hazırladığı mövzulardan, dosyelərdən bəziləri kiçik parçalarla da olsa, mətbuata sızır. Onların bir çoxunu yazıya çevirərək, dərc etmişik. Bir hissəsini indiyə qədər ‘düzdüyümüz cümlələrdə əritdik; daha bir qismi də var; bundan sonrakı cümlələr də onlara həsr olunacaq.
 
 
Həmin məlumatlardan birində iddia olunur ki, MTN-in müavinlərindən biri –  konkret ad da çəkilir –  Elçin Əliyev (prezidentin sərəncamı ilə artıq işdən qovulub) Dubayda olarkən Azərbaycan parlamentinin sabiq spikeri, siyasi mühacir Rəsul Quliyevlə telefonla danışıb: “Bu danışığı ”Mahmudov dosyesi”ni Azərbaycan rəhbərliyinə verərək, onun ifşasına səbəb olmuş Rusiya xüsusi xidmət orqanları fiksə edib, yazdırıblar. MTN generalı ilə Rəsul Quliyevin arasındakı danışıqlar şifrəli olub, lakin orada 28 oktyabr tarixi bir neçə dəfə təkrar edilib; məhz həmin tarixdə nəsə olacağı barədə iki-üç dəfə işarəli təkrarlar səsləndirilib. Bu məlumat və bütövlükdə Eldar Mahmudov dəstəsinin ölkəmizə xəyanətini sübut edən dosyeni Azərbaycana verəndə oktyabrın əvvəlləri olub. Daha sonra, oktyabrın ortasında əlavə və təsdiqləyici dosyelər daxil olub. Oktyabrın 17-dən ölkə prezidenti neytrallaşdırma prosesinə start verib: Eldar Mahmudov işdən çıxarılıb, nəzarətə götürülüb; onun bütün imkanları sıfırlanıb və ölkədə qeyri -rəsmi şəkildə fövqəladə vəziyyət yaranıb. Proses davam edir. Lakin məhz bu nüans barədə ictimaiyyətə məlumat sızdırılmır…”
Hörmətli Rəsul Quliyevin adı 10 il öncə, məhz 17 oktyabra təsadüf edən proseslərdə də hallanıb. O zaman hakimiyyətin içindən bir dəstə Qərbin demokratiya desantları ilə əlaqəyə girərək, prezidenti devirmək və iş başına Rəsul Quliyevi gətirmək kimi bir avantüraya baş vurmuşdular. O zaman bir neçə nazir həbs olundu; prezident İlham Əliyev çevriliş cəhdinin qarşısını aldı və Rəsul Quliyevin Bakıya enməli olan təyyarəsi Ukraynaya qondu. Proseslərə ciddi dəstək verən (bu barədə kimsə danışmağa cəsarət etmir) C.Əliyev isə siyasi səhnədən birdəfəlik uzaqlaşdırıldı.
 
Lakin indi vəziyyət bir başqadır. Keçmiş spiker Rəsul Quliyev bütün siyasi proseslərdən kənarlaşıb; onun Azərbaycana dönməyə ümidləri belə qalmayıb; məlumatlı qaynaqlar iddia edirlər ki, cənab Quliyev Bakıdakı əmlaklarını da satdırır və artıq Azərbaycandan gözünü də, mal varlığını da yığır. Belə olan halda, onun Azərbaycan iqtidarının içindəki bir qrupla əlaqədə olaraq, seçkiqabağı yenidən hansısa cəhdlərdə bulunması məntiqsiz görünür. Buna görə də bu fraqmenti  daha dərindən araşdırmaq qərarına gəldik.
Rəsul Quliyevin yaxın adamlarından biri bizim  sualları dinləyərək, aşağıdakı məzmunlu mülahizəsini söylədi: “Ola bilər ki, Rəsul müəllim həmin MTN generalı ilə satdığa qoyduğu bağı haqda danışıb. Çünki mənə məlumdur ki, onun Bilgəhdəki ”6 bağlar”ına generallardan biri müştəri çıxıbmış. Bu bağlar Bilgəhin ən gözəl yerindədir, olduqca dəyərlidir. Mümkündür ki, müştəri məhz general Elçin Quliyevdir; onlar bu barədə danışıblar, alqı-satqı tarixi kimi də 28 oktyabra anlaşıblar; yəqin  ki, bu zaman qabiliyyətləri çatan şəkildə, işarələrlə də danışıblar; danışığın fiksəsi zamanı isə tərəflərin kimliyi məzmunun fərqli interpretasiyasına səbəb olub. İnanmıram ki, Rəsul Quliyevin indi Azərbaycanda hansısa vəzifəli məmurlara təsir etmək imkanları qalsın”.
 
Bu mülahizələri dərc etməklə yanaşı, onun tam tərs məntiq və məzmununun ola biləcəyi ehtimallarını qeyd edirik.
“Yeni Müsavat”
Previous Post

General Elçin Əliyevlə Rəsul Quliyevin telefon danışığı – kod “28 oktyabr”…

Next Post

Gənc OL-u seç və saysız endirimlərdən faydalan!

Bənzər yazılar

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00

Amerikanın qlobal internet əhatə dairəsinə malik "Starlink" orbital qruplaşmasında fəaliyyət göstərən peyklərin sayı 11,1 mini ötüb. Elchi.az xəbər verir ki,...

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

Zəlzələlərin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi müzakirə edilib

11 Sentyabr 2026 - 23:26

Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

Səudiyyə Ərəbistanında hücumlardan sonra “Şərq-Qərb” neft kəmərinin işi dayandırılıb

11 Sentyabr 2026 - 23:22

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri...

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

Rusiyada yük maşını ilə mikroavtobus toqquşub, 10-dan çox insan ölüb

11 Sentyabr 2026 - 23:20

Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az  "İzvestiya"ya istinadən xəbər verir....

Next Post

Gənc OL-u seç və saysız endirimlərdən faydalan!

Gənc OL-u seç və saysız endirimlərdən faydalan!

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.