Müasir dövrdə özünə məxsus dəst xətti ilə yazıb yaradan yazarlardan biri də Aysel Nəsirzadədir. Aysel əsasən şair kimi fəaliyyət göstərsə də, onun yazılarında ənənəvi şeir üslübundan kənara çıxaraq, hekayə və məqlələlərə də rast gəlmək olar.
Sevindirici haldır ki, müəllifin yazıları, ölkəmizdən əlavə bir çox ölkələrin qəzet və jurnallarında dərc olunur. Onu da qeyd edim ki, fasillərlərı bir neçə dəfə dərc olunan, ən istedadlı qadın yazarlarını bir araya gətirən “Zərif Kölgələr” layihəsinin təşkilatçılardan biri də məhz A. Nəsirzadədir.
A. Nəsirzadə 1986 cı-il dekabrın 20-si Zəngilan rayonunda doğulub. Bakı Dövlət Universtetinin SEP-fakültəsinin Fəlsəfə ixtisası məzunudur.
AYB-nin üzvü olan gənc yazar eyni zamanda “Sükutdan Asılmış Ruh” ,”Qəfəs Darlığı”, “Bir Sərbəst Şeir, İki Qafiyə Kədər” şeir kitablarənın müəllifi, həmçinin “Vətən Mücahidləri ” kitabının həmrəhbəridir. Yaxın günlərdə Türkiyədə müəllifin “Günüm Geceyle Başlar” adlı yeni kitabı işıq üzü görüb ki, bu kitabın da baş redaktoru Türkiyəli yazar İmdat Avşara məxsusdur.
Havar Şəfiyeva