"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Gələn həftə böyük əfv olacaq – Siyahı yekunlaşır

14 May 2018 - 15:59
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradıldı

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin sayı azalıb – STATİSTİKA

Əliməmməd Nuriyev: “Komissiyaya elə şəxslər müraciət edib ki…”
28 May – Cümhuriyyət Günü ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalanacaq”.
Elchi.az xəbər verir ki, bunu yeni müsavat-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, növbəti həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası bitir: “2018-ci ilin fevral ayından başlayaraq Əfv Məsələləri Komissiyası öz iclaslarına başlayıb. Bu günə qədər 10-dan çox iclas keçirilib, minə yaxın müraciət və vəsadətlərə baxılıb. Komissiya daxil olan bütün müraciət və vəsadətlərə hərtərəfli baxır. İclaslar çox geniş müzakirə formasında davam edir. Əfv prezidentin müstəsna koalision səlahiyyətlərinə daxil olan hüquqlardandur. Bu hüquq yalnız tam həcmdə prezidentə məxsusdur. Əfv Məsələləri Komissiyası daxil olan müraciətlərə baxıb tövsiyə xarakterli rəylərin hazırlanması ilə bağlı qərar qəbul edir, amma son söz prezidentindir. Cümhuriyyət bayramı ərəfəsində çoxsaylı məhkumların və onların ailə üzvlərinin sevincinin şahidi olacağıq. Prezident İlham Əliyev növbəti əfv sərəncamı imzalayaraq xeyli insanı azadlığa çıxaracaq. Ümid edirəm ki, əfv sərəncamı ilə bağlı adları siyahıda olan şəxslər gələcəkdə öz fəaliyyətlərini özləri, yaxınları, həmçinin, dövlətin və millətin maraqları naminə qurmağa çalışacaqlar”.
Ə.Nuriyev əfv üçün daxil olan müraciətlər istisnasız olaraq hamıya eyni yanaşma tətbiq olunduğunu söylədi: “Ayrı-seçkilik və digər məsələlər heç vaxt Əfv Məsələləri Komissiyasının iclaslarında müşahidə olunmayıb. Hər kəs qanun qarşısında bərabərdir. Eyni zamanda daxil olan müraciətlər də diqqətlə araşdırılır və burada bir çox kriteriyalar var. İlk növbədə məhkumun etdiyi cinayətin xarakteri, onun şəxsiyyəti, səhhətinin vəziyyəti, eyni zamanda əməyə münasibəti, islama münasibəti, cəzaçəkmə müəssisəsində bütövlükdə davranışı, həmçinin, zərərçəkmişin mövqeyi, dövlətin və ictimaiyyətin maraqları, dəymiş ziyanın ödənilib-ödənilməməsi, cəzanın çəkilməmiş müddəti və s. ciddi müzakirə olunur və ortaq qərarlarla rəy hazırlanır. Təbii ki, son siyahı prezident tərəfindən müəyyən ediləcək. Prezident İlham Əliyev bizim tövsiyə xarakterli rəyləri nəzər ala, ya imtina edə, yeni adlar əlavə edə də bilər. Əfv edərkən mərhəmət, humanizm və humanitar prinsipləri tətbiq edilir. Bu prinsiplərə söykənərək prezident istənilən şəxsi əfv edə bilər, yaxud intina edə bilər”.
Əfv Məsələləri Komissiyasın üzvü onu da qeyd etdi ki, ancaq kriteriyalara uyğun gələn müraciətlər baxılıb təmin edilir: “Müraciət edənlər arasında elə şəxslər var ki, çox ağır cinayətlər edib, uzun müddəti cəzaları var, cəzanın da çox az hissəsini çəkib. Elələri də var ki, cinayət əməllərində şəxsiyyətə zorakılıq tətbiq olunub, yaxud səhlənkar hərəkətləri nəticəsində xeyli insan ölüb. Müraciətlər arasında vətəndaşın əmlakına külli miqdarda ziyan vurmuş və ziyanı ödəməyənlər, vətənə, dövlətə xəyanət, ağır hərbi cinayətlər edənlər də var. Bu baxımdan da qərar verərkən mütləq ziyanın ödənilməsi məsələsi, zərərçəkmişin mövqeyinə də diqqət edilir. Zərərçəkmişin yaxın qohumu öldürülüb, arada barışıq əldə edilməyibsə, tək məhkumun mövqeyi nəzərə alınmır. Kompleks şəkildə qiymətləndirilir. Mütləq cəmiyyətin maraqları nəzərə alınır. Dövlətə, vətəndaşa dəymiş ziyanın ödənilib-ödənilməməsinə diqqət edilir”.
Siyahıda sensasion adların olub-olmamasına gəlincə isə, Ə. Nuriyev bunları söyləyib: “Kimin fəal, kimin qeyri-fəal olması Komissiya üzvləri üçün fərq etmir. Hər şeydən əvvəl yanaşma məhkuma olan yanaşmadır. Şəxs məhkum edilib, onun barəsində qanunla məhkəmə qərarı var. Biz bu məhkəmə qərarı müəyyən edildiyindən və həmin şəxs barəsindən qanun qüvvəyə mindiyindən məsələyə yalnız bu nöqtədən baxırıq. Nə apelyasiya instansiyasıyıq, nə də digər məhkəmə orqanlarıyıq ki, onun təqsirli olub-olmaması tərəfi ilə bağlı fikir yürüdə bilək. Yenə deyirəm, əsas humanitar yanaşma, mərhəmət hissidir. O şəxsin təqsirli, yaxud təqsirsiz olub-olmaması artıq arxada qalıb. Digər sərəncamlara da baxsanız, görərsiniz ki, orada müxtəlif kateqoriyadan cinayət törətmiş insanların adlarını görə bilərsiniz”.
Previous Post

Gələn həftə böyük əfv olacaq – Siyahı yekunlaşır

Next Post

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota doldu

Bənzər yazılar

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59

Sabah Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az xəbər verir ki, bu barədə...

93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradıldı

93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradıldı

21 Sentyabr 2026 - 19:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində indiyədək respublikamızın regionlarında 93...

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəblərin sayı azalıb – STATİSTİKA

21 Sentyabr 2026 - 19:12

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayı azalıb. Dövlət Statistika Komitəsindən Elchi.az-a verilən məlumata görə, 2025–2026-cı tədris...

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 19:04

Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Elchi.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 18:13-də,...

Next Post
Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota doldu

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota doldu

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota doldu

Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota doldu

Son xəbərlər

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

21 Sentyabr 2026 - 23:04
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

21 Sentyabr 2026 - 22:59
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

21 Sentyabr 2026 - 22:56
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb

21 Sentyabr 2026 - 22:54
Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

21 Sentyabr 2026 - 21:52
“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

“Racing Bulls” komandası “Formula 1″in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib

21 Sentyabr 2026 - 21:51
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

21 Sentyabr 2026 - 21:49
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

21 Sentyabr 2026 - 21:46
Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb

21 Sentyabr 2026 - 21:44
Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

Zelenski: Enerji obyektlərinə zərbələr dayandırılsa, Kiyev Rusiya ilə deeskalasiyaya hazırdır

21 Sentyabr 2026 - 21:43
Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

Serbiyada Azərbaycanın da qatılacağı sərgi üçün tikinti icazəsi verilib

21 Sentyabr 2026 - 20:11
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

21 Sentyabr 2026 - 20:09
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

21 Sentyabr 2026 - 20:07
Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

Türkiyədə keçmiş MİT əməkdaşının ölümünə görə jurnalist həbs edilib

21 Sentyabr 2026 - 20:05
Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

Vens Trampın Zelenski ilə görüşündən sonra Ukrayna üzrə irəliləyişə ümid edir

21 Sentyabr 2026 - 19:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.