Gənclərin psixologiyasına təsir göstərən mənfi hallar hansılardır?

"Çox təssüflər olsun ki,bu gün sosial şəbəkələrdə yayımlanan bir çox videolar yeniyetmə və gənclərin psixolojisinə əsaslı mənfi təsir göstərir, sevgi və maraq maddiyyat üzərində təbliğ olunur. Təbii ki, maddiyyat önəmlidir, pulla çox şey əldə etmək mümkündür, amma hər şey pul deyil".
Bu fikirləri Elchi.az - a açıqlamasında Psixoloq İlhamə Mustafayeva bildirib:
"Gözəl fiziki görünüşə sahib olmaq üçün pul önəmli deyil. İnsan fiziki aktivliyini və fiziki məşqləri idman zalına getmədən, hər gün yuxudan yarım saat əvvəl oyanıb edərsə, bu onun fiziki sağlamlığı və bədəninin formada qalması üçün daha effektli sayılır. Fiziki sağlamlıq və gözəllik üçün səhər idmanı və sağlam qidalanmaq yetərlidir. Bir parkda və ya meşədə piknik edərək, ya da gəzinti edərək sevdiyin insanın yanında hüzurda olmaq daha xoş təsir bağışlayır insana. Lakin bəzi insanlar bunun əksi olaraq hansısa bahalı əşya və markaya görə özünü məcbur edib tamamilə özünə zidd adamla dünyanın ən bahalı yerlərini gəzməyi üstün tutur".
Psixoloq onu da qeyd edir ki,
önəmli olan pulun miqdarı yox, onun hara xərcləməyin və bu pulla necə hüzurda qalmağındır: "Elə qadınlar və bəylər var ki pulla həll oluna bilməyəcək problemlərlə üz-üzədir. Onlar ən əsas şeylərdən məhrumdurlar - sağlıqdan, hüzur dan, mənəvi rahatlıqdan və s. Müasir dövrdə məhz pul bir çox qadınların gözəlliyini əllərindən alıb.
Düşünürəm ki, insanın paltarı yox, özü brend olmalıdır. Məsələyə digər tərəfdən yanaşsaq hazırlıqlara pul töküb və ya bahalı universitetlərdə ad xatirinə və diplom xatirinə oxumaqdansa daxili potensialımıza və ruhumuza uyğun olan sənətlə məşğul olub daha çox qazana və düşündüyümüzdən də çox xoşbəxt ola bilərik. Çox təsəssüflər olsun ki, bu gün bəzi yeniyetmə və gənclər varlı bəylə ailə qurmaq istəyində olur. Pula sahib olduqdan sonra boşanmaq istəyi olanlar da var. Onlar gəncdirlər və təsirə düşə bilirlər. Bizim məqsədimiz bunun fəsadlarını onlara başa salmaqdır. Həyat bumeranqdır və gec ya da tez etdiyin hər şey sənə geri qayıdacaq". Qeyd edək ki,
bu gün gənclərin çoxu maddiyyata önəm verir, görünüşə aldanır.
Daxilən hüzursuz olan insanı bahalı əşyalar yalnız müəyyən bir müddətdə xoşbəxt edə bilər.
İ. Mustafayeva onu da bildirir ki, insan psixikasının istənilən şeyə adaptasiya olmasının 3-6 ay ərzində baş verir: "Bu gün biz gəncələrə özgüvənli olmağı, özünün nəsə yaratmasını və əlində olanların dəyərini bilməyi öyrətməliyik".
Havar Şəfiyeva