Gənc müğənni Sura özünü niyə asıb... - VİDEO

🗓 25.08.2014 11:47 ✍️ "Elçi" qəzeti
Bakıda intihar edən gənc müğənni ilə bağlı bəzi məqamlar üzə çıxıb. img1624363
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü müğənni Əsgərli Sura İlham qızı özünü Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən mənzildə asaraq intihar edib.
Gənc müğənni avqustun 23-də Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsi 3 ünvanındakı evdə kimsənin olmadığı vaxt tavandakı taxtaya ip bağlayaraq özünü asıb. Onun asılı vəziyyətdə qalmış meyitini yaxınları həmin gün axşam saatlarında aşkarlayıblar.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 23 yaşlı Sura müğənni, həm də bəstəkar olub. Onun intihar səbəbləri araşdırılır.
   

Bənzər yazılar