"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Gəncə İcra Hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham

06 Noyabr 2017 - 10:57
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Elmar Vəliyevin “sağ əli” ilə bağlı ilginc dosye; Məharət Mustafayev icra hakimiyyətinin xanım işçisini intihar həddinə çatdırıb; prokurorun qərardadında başçı müavini haqda sensasion faktlar yer alıb

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin “sağ əli” hesab olunan Məharət Mustafayevdən yenə də şikayət var. Bu şəxsin adı Gəncədə qanunsuz torpaq satışında, digər əməllərdə dəfələrlə hallanıb. İndi isə 58 yaşlı M.Mustafayevin adı 27 yaşlı xanım işçisi, 2 uşaq anası Gülnar Günəşlini özünü öldürmə həddinə çatdırmaqda əsas fiqur kimi keçir.

Redaksiyamıza təşrif buyuran G.Günəşli deyir ki, M.Mustafayevin təqib və təzyiqləri bu gün də davam edir: “Bu il avqustun 11-də Məharət Mustafayevin dözülməz təhdidlərindən can qurtarmaq üçün Bakıya gəldim. Buna qədər şikayət etmədiyim dövlət qurumu qalmamışdı. Özümü yandırmaq da istərdim, benzini üstümə tökdüm, amma polis əməkdaşları özümü öldürməyə imkan vermədilər. Tutub Səbayel Rayon Prokurorluğuna gətirdilər. Orada başıma gələnləri danışıb niyə intihar etmək istədiyimi, məni bu həddə Məharət Mustafayevin çatdırdığını ətraflı danışdım. Ümidli idim ki, şikayətimi araşdırıb nəhayət ki, Məharət Mustafayevi cəzalandırarlar. Amma tam əksi oldu. Məharət Mustafayev mənə özümü öldürməkdən başqa yol qoymayıb”.

27 yaşlı G.Günəşli Gəncə Şəhər İcra Hakimiyyətində memar vəzifəsinə 2013-cü ildə işə götürülüb. 2014-cü ildə ailə həyatı qurub. 2016-cı ildə Məharət Mustafayev Gəncə İH-nin Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin olunana qədər G.Günəşli sakit həyatını yaşayıb, 2 övladını böyüdüb.

Yeni rəisin ilk günlər G.Günəşliyə münasibəti normal olub. Həmin dövrdə G.Günəşli həyat yoldaşından ayrılıb. Bundan sonra isə xanım işçinin pis günləri başlayıb.

Burada G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarına diqqət. Sitat:

“Hamilə olduğu müddətdə Məharət Mustafayevin ona qarşı münasibətinin çox yaxşı olduğunu, hətta ona qızım deyə müraciət etdiyini, M.Mustafayevdən rəhbər kimi heç bir narazılığının olmadığını bildirmişdir. Lakin övladı dünyaya gələndən sonra Məharət Mustafayevin ona qarşı münasibətinin tamam dəyişdiyini və ona qarşı hisslərinin olduğunu, onu sevdiyini dediyini, telefon vasitəsilə çoxsaylı sevgi mesajları, sevgi musiqiləri göndərdiyini, onunla evlənmək istədiyini dediyini bildirmişdir. O, Məharət Mustafayevə dəfələrlə 2 azyaşlı övladının olduğunu, bir daha evlilik düşünmədiyini, atası yaşında olduğunu, aralarında 31 yaş fərq olduğunu və hərəkətlərinin yaşına yaraşmadığını dəfələrlə dediyini, bu hərəkətlərindən əl çəkməsini bildirib. 2016-cı ilin dekabr ayında işdən çıxmaqla bağlı ərizə yazdığını, lakin ərizəsini qəbul etmədikləri üçün 2017-ci ilin yanvarında təkrarən işdən çıxmaqla bağlı ərizə ilə müraciət etdiyini və mart ayınadək işə çıxmadığını bildirmişdir. Lakin buna baxmayaraq ona məvacib yazıldığını və 2017-ci ilin martında Məharət Mustafayevin onun mobil telefonuna zəng vuraraq bir daha onu narahat etməyəcəyini demiş, işə çıxmağını xahiş etmişdir. O da ailədə yeganə işləyən şəxs olduğu üçün və maddi vəziyyətinin çətin olması ilə əlaqədar yenidən işə çıxmışdır. Həmin ərəfədə icra başçısının sərəncamı ilə Memarlıq və Şəhərsalma İdarəsinin nəzdində Kommersiya sektoru yaradılmış və başçının əmri ilə o, sektor müdiri vəzifəsinə təyin olunmuş, təxminən 1 ay Məharət Mustafayev onu narahat etməmişdir. Lakin sonradan yenə də ona təsir göstərməyə başlamış, lakin sonuncunun təkliflərini yenə də rədd etdiyi üçün və bu sırf işlə bağlı təzyiqlər göstərməyə, onu bu yolla əldə etməyə cəhd etmişdir. Belə ki, o, kommersiya sektoruna müdir təyin ediləndən sonra Məharət Mustafayevin təklifi ilə 6 nəfər işçini kommersiya sektoruna işə qəbul etmiş və həmin şəxsləri onun təklifi ilə işə dəvət etmişdir. Onun Məharət Mustafayevə ”hə “ cavabı verməməsi Məharəti o dərəcədə qıcıqlandırmışdır ki, artıq səbəbsiz yerə onun işçilərini işdən çıxarıb.  O, bunun səbəbini öyrənmək üçün İcra Hakimiyyətinə gedərək M.Mustafayevdən bunun səbəbini soruşduqda o, idarənin rəisi olduğunu, bütün işçilərini işdən çıxardığını, bir daha işə gəlməmələrini bildirmiş və göstərişinə əsasən icra hakimiyyətinin mühafizə polisi onu və Sahili idarədən çıxartmışdır”.

G.Günəşli deyir ki, bundan sonra onun otağını möhürləyib onu işə buraxmayıblar. Otaqdakı əşyalarını götürməsinə çox ciddi əngəllər olub: “İcra Hakimiyyətinə iş otağımdan bir sıra sənədlər götürmək üçün getdikdə otağın qapısının möhürləndiyini gördüm. İşçilərdən bunu kimin elədiyini soruşdum. Dedilər ki, M. Mustafayevin göstərişinə əsasən otağın qapısı möhürlənib. M.Mustafayevə yaxınlaşaraq bunun səbəbini soruşduqda dedi ki, başçının göstərişi ilə işdən azad olunmusan, bir daha idarəyə ayaq basma. Otağın açarı məndə idi və girib uşqlarımın fotolarını, şahmat turnirlərində qalib olduğumu təsdiqləyən diplomlarımı, YAP-ın aktiv üzvü olduğumu təsdiqləyən digər sənədləri götürmək istəyirdim ki,  M.Mustafayev də ardımca atıldı. Masanın üzərində nə vardı əli ilə vurub yerə tökdü. Barəmdə təhqiramiz ifadələr işlətməklə mühafizə polisini çağırdı və məni binadan çıxartdırdı. Onun təzyiqləri bundan sonra da davam etdi. Mənə zəng edib deyirdilər ki, 1 qardaşın var, onun başına oyun açacağıq. Məcbur olub 2 övladımı da götürərək avqustun 8-də Bakıya gəldim. Ombudsman Aparatına, Prezident Administrasiyasına başıma gətirilən müsibətlər haqda şikayət ərizələri yazdım. Avqustun 11-də Bakıda özümü yandırmağa cəhd etdikdən az sonra icra başçısı zəng vuraraq dedi ki, məni işdən çıxarmayıb, geri qayıdıb işimə davam edə bilərəm”.

G.Günəşli deyir ki, başçının sözlərinə inanıb və Gəncəyə gedərək başçının qəbuluna yollanıb: “Başçının qəbulunda olan zaman əl çantamı qəbul otağında qoymuşdum. Çıxanda gördüm ki, çantama müdaxilə ediblər, mobil telefonumu götürüb suya salıblar yararsız hala gətiriblər”.

G.Günəşlinin sözlərinə görə başçının qəbulunda olandan sonra da vəziyyət yaxşıya doğru dəyişməyib, əksinə daha  böyük haqsızlıqlar, təzyiqlərlə üzləşib, üzünə 2 şəxsi qoyublar, onun və işçisi Nəriman Şahmari barəsində qondarma iş başlamağa cəhd olub.

G.Günəşlinin intihara cəhd faktı üzrə materialı araşdıran Səbayel rayon prokurorunun köməkçisi İsmayıl Rövşənovun qərarında Nəriman Salman oğlu Şahmarinin  də izahatı yer alıb.

Həmin izahatdan sitat: “G.Günəşli onu və digər bir neçə şəxsi M.Mustafayevə təqdim etmiş, sonuncu da onları işə qəbul etmişdir. Lakin bir müddət sonra M.Mustafayev onları və Gülnar Günəşlini sıxışdırmağa başlamış, onlara məlum olmayan səbəbdən G.Günəşlini və o da daxil bir neçə şəxsi kollektivin içərisində təhqir etməyə başlamışdır. Gülnar xanımın qadınlıq qürurunu alçaldacaq sözlər deyərək alçaltmağa başlamışdır. M.Mustafayev tərəfindən G.Günəşliyə qarşı olunan psixoloji təsirin hamı tərəfındən hiss olunduğunu, sonuncunun 2 azyaşlı övladı olduğu və əlavə qazanc yeri olmadığı üçün məcburiyyət qarşısında həmin işdə qalaraq işlədiyini bildirmişdir. 05.08.2017-ci il tarixdə M.Mustafayev Kommersiya şöbəsinin Sahil adlı işçisini şöbədə kəskin təhqir edərək otaqdan qovduğunu eşitmiş və İdarəyə getmişdir. İş otaqlarında Sahilin və Gülnar xanımın ağladığını, mühafizə polisinin onları otaqdan çıxardığını, bütün işçilərin yığışaraq bunun şahidi olduğunu bildirmişdir. Həmin vaxt G.Günəşli M.Mustafayevə ağlaya-ağlaya hər kəsin içərisində artıq canından bezdiyini, canına qəsd edəcəyini demiş, sonuncu isə onu ağır formada təhqir etmiş, başına oyun açacağını, hələ onu yaxşı tanımamasını bildimişdir. O, M.Mustafayevin G.Günəşliyə qarşı işgüzar deyil, xüsusən də ailəsi dağılandan sonra başqa fikirlə yanaşdığını, onu əldə etmək üçün hər yola əl atdığını, onu əldə edə bilmədiyi üçün işçilərini işdən çıxartmaq, təhqir etmək və s. yollarla iyrənc niyyətinə çatmağa çalışdığını və bunun demək olar ki, bütün Gəncə şəhərinə məlum olduğunu bildirmişdir”.

1.jpeg (776 KB)

Səbayel prokurorunun köməkçisi İ.Rövşənov iş üzrə çıxardığı qərarında yazır ki, barəsində şikayət olan M.Mustafayevi araşdırma müddətində istifadəsində olan 050-215-00-XX, 050-505-11-XX, 050-252-00-XX nömrəli mobil telefonlar vasitəsi Gəncə şəhər İcra Hakimiyyətinə teleqram və rəsmi məktub göndərilməklə izahat verməyə dəvət edib. Belə aydın olur ki, M.Mustafayev çağırışlara getməyib və prokuror köməkçisi işə bu haqda arayışlar əlavə etməklə kifayətlənib.

İ.Rövşənovun apardığı araşdırma nəticəsində gəldiyi nəticə isə məntiqə uyğun görünmür.

Cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqda qərarında İ.Rövşənov yazır: “Beləliklə, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Günəşli Gülnar Nəsrəddin qızının intihara cəhd etməsi faktında onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma halları olmamışdır. Belə ki, araşdırma zamanı alınmış izahatlardan da görünür ki, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Mustafayev Məharət Mustafa oğlu tərəfindən həmin idarənin Kommersiya sektorunun müdiri Gülnar Günəşliyə qarşı hər hansı zor tətbiq edilməmiş, həyat və sağlamlığı üçün təhlükəli ola biləcək və ya digər formada hər hansı hədə-qorxu gəlinməmiş, ləyaqəti mütəmadı olaraq alçaldılmamış, əksinə sonuncu G.Günəşlini sevib ailə həyatı qurmaq niyyətində olmuş, ona sevgi mesajları, sevgi mahnıları göndərmişdir. Odur ki, araşdırma nəticəsində toplanmış material üzrə CM-in 125-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından, həmin hissədə cinayət işinin başlanması hissəvi rədd edilməli, Günəşli Gülnar Nəsrəddin qızının izahatında qeyd etdiyi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısının qəbulunda olan zaman qəbul otağında qoyduğu əl çantasına müdaxilə edilərək içərisindəki mobil telefonunun suya salınaraq yararsız hala salınması, bu barədə icra başçısına bildirdikdə ona yeni telefon alınaraq verilməsi və səsini çıxartmamasının bildirilməsi, həmçinin, Nəriman Şahmarı adlı işçisinin və özünün barələrində şikayət olduğunu deyərək Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunmaları və Nəriman Şahmarinin heç bir səbəb olmadan məhkəməyə aparılması, eləcə də, xəbəri olmadan vəzifəsinin dəyişdirilməsi və məvacibinin 100 manat azaldılmasına dair xüsusatlar Gəncə şəhərində baş verib. Bu səbəbdən material həmin hissədə araşdırmanın davam etdirilərək qanuni qərar qəbul edilməsindən ötrü Gəncə şəhər prokurorluğuna göndərilməlidir”.

G.Günəşli deyir ki, bu qanunsuz qərardan sonra Gəncə şəhərinə qayıtmağa qorxur. Bakıda qalması üçün isə maddi vəsaiti yoxdur: “Bütün səfirliklərə məktublar yazıb başıma gətirilən müsibətlər haqda məlumat vermişəm. 27 yaşım var, mən qərara gəlmişəm ki, uşaqlarımı da götürüb ölkədən çıxım. Ya da özümü öldürməyə məcburam”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin, M.Mustafayevin də mövqeyini dərc etməyə hazırıq.

Previous Post

Gəncə İcra Hakimiyyətinin sektor müdirindən başçıya və müavininə şok ittiham

Next Post

SOCAR-ın baş ofisi bu qiymətə başa gəlib

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

SOCAR-ın baş ofisi bu qiymətə başa gəlib

SOCAR-ın baş ofisi bu qiymətə başa gəlib

Son xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

10 Oktyabr 2026 - 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13
BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59
Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.