"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Fəxrəddin Manafov: “Bu yaşda bir qadına vurulsam…”

30 Dekabr 2014 - 10:14
in MƏDƏNİYYƏT
FacebookVatsap

Fəxrəddin Manafov “İs(i)min halları” layihəsində

Bunu da oxuyun

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Dərbənddə bu teatra Maqomayevin adı verildi

ADLIQ1419851746fexreddin29713_(1)

 

Mən ilk dəfə cizgi filminə çəkilmişəm.

Qəribə də olsa, mən film çəkilişlərimi sıra ilə düzsəm, qəribə bir məntiq yaranır. İlk film “Arzuları reallaşdır”, daha sonra artıq “İşgüzar səfər”, “İşə başlayıram” və ardınca başqaları…

Əgər mən bu gün tənhalığı oynayırdımsa, sabah mən bədbəxtliyi oynayıram.

Mən inqilabı və inqilabçıları qəbul etmirəm. Mədəniyyəti, iqtisadiyyatı, mənəviyyatı, hər şeyi dağıdırlar, yerinə heç nə gətirmirlər.

Mən gözümü qırpmadan müharibəyə gedərəm – Qarabağı almağa.

Mən qadınları çox sevirəm.

Mən bu yaşda birdən vurulsam, Allah göstərməsin, onun altından çıxmaq çox çətin şeydir.

Mən də, deyəsən, dahiyanə bir söz demişəm. Demişəm ki, qadın yerlə-göy arasındakı vasitədir.

 

YİYƏLİK

 

Yadıma gəlir ki, Həsənabad kəndində böyük bir göl vardı. Adamlar ora “mayofka”ya gedirdilər. Yanılmıramsa, mənim dörd-beş yaşım olardı. Bütün uşaqlar çimirdi, həmçinin mənim böyük qardaşım da. Amma mənə suya yaxın getmək qadağan olunmuşdu. Bir anlıq mənə elə gəlirdi ki, özümü suya atsam, çimə biləcəyəm. Özümü suya atdım, hiss etdim ki, suyun dibinə qədər getdim. Suyun altında iki güclü ayaq məni sıxıb saxladı və sudan çıxardı. Məlum oldu ki, bu qardaşım imiş. Böyüyəndən sonra bildim ki, həmin göl dizdən imiş…

Mənim qardaşım 1999-cu ildən itkin düşüb. Sözün düzü, zəngin bir biznesi var idi…

Mənim ən böyük istəyim, arzum, bəlkə də, o idi ki, futbolçu olum. Amma türklər demişkən, maləsəf, tale, təsadüf elə gətirdi ki, mən aktyor oldum…

İndiyə qədər də yadımdadır, dalımca maşın göndərdilər və mən getdim telestudiyaya. Çox sonralar isə bildim ki, Rüstəm müəllim (İbrahimbəyov –  red.) mənimlə ilk görüşündən sonra studiyaya qayıdıb və ilk filmim “İşgüzar səfər”də çəkilən bütün sınaq çəkilişlərini bir də diqqətlə nəzərdən keçirib və deyib ki, mənim aktyorum Fəxrəddin olmalıdır.

Mənim fikrimcə, “Təhminə” filmində Rasim Ocaqov öz konsepsiyasını Təhminənin üzərində qurmuşdu, Təhminənin bədbəxtliyi, tərki-dünyalığı üzərində qurmuşdu. Zaur o filmdə adi bir komponent idi. Yanında fırlanırdı ki, əsərdə nəyəsə bağlılıq olsun. Elə əsər də Təhminə haqdadır.

Mənim üçün qadın məfhumu dünyada ən, ən, ən gözəl, ən şirin varlıqdır.

Mənim adım Fəxrəddindir. “Fəxr-əd-din”, yəni dinin fəxri. Çətin vaxtlarda özümlə tək qalmağı sevirəm.

 

YÖNLÜK

 

Bir nəfər mənə zəng vurub dedi ki, fanatınızam. Zəng vuranda deyir ki, mən məhəbbətimlə belə danışıram, elə deyirəm. Görürəm ki, hamısı Zaurun hərəkətlərinin təkrarıdır. Bir gün də mənə zəng vurdu ki, bəs xəstəxanadayam. Ay bala, nə olub? Bəs məhəbbətimlə yolu keçirdim, dedim, səni sevirəm, dedi ki, inanmıram. Mən də özümü atdım maşının altına. O köpək oğlu da bərk sürürdü deyə, qolum-qıçım sındı. Dedi ki, gəlin dəyin mənə, dedim yox, yanına gəlsəm, sən özünü dənizə atacaqsan…

Tanıdığınız mən və iç dünyamdakı Fəxrəddin o qədər fərqlidirlər ki… Nə o mənə güc gəlir, nə də mən ona. Hər ikisinə böyük hörmətim var, hər ikisini çox istəyirəm, biri digərindən incisə, ikisindən də zəhləm gedər.

Mənə görə, insana tərif deyəndə səmimiyyət yoxa çıxır. Mənim gördüyüm iş, mənim sevdiyim işdir. Bu, mənim borcumdur, əgər yaxşı səviyyədə iş görürəmsə, peşəkarlığımı, əksi isə qeyri-peşəkarlığımı göstərir.

Mənim 50 ildən artıq həyat təcrübəm var və bu həyat yolu mənə öyrədib ki, həyatın mənası sevgidir.

 

TƏSİRLİK

 

Və 1978-ci ildə məni kino çəkilişləri üçün sınaqlara dəvət etməyə başladılar. Kino sınaqlarına dəvət edirdilər, amma çəkmirdilər. Hətta məni kino sınaqları üzrə Xalq artisti adı ilə çağırmağa başlayırdılar.

Soruşanda ki, niyə məni çəkmirsiz, deyirdilər ki, “fotogeniçni” deyilsən. Deyirdilər ki, ya yaxşı çıxmırsan, ya üzün uyğun gəlmir, ya da deyirdilər burnun yekədir.

İlk filmimdən sonra artıq hörmət etdiyimiz rejissorlar, rəhmətlik Rasim Ocaqov da məni kinoya dəvət etməyə başladı.

Qadınların məni sevməsi xoşuma gəlir.

Mənimlə hər şey eləmək olar, hətta məni döyə də bilərsiniz.

Mən sevirdim, məni sevirdilər…

 

YERLİK

 

Uşaqlıqda biz dörd qardaş “kino-kino” oynamağı çox xoşlayırdıq. Məhəllə uşaqları da bizə qoşulurdu. Seçdiyimiz bir filmdən epizodları aramızda bölüşürdük. Obrazları oynayırdıq, əks tərəf çalışardı ki, kimi canladırdığımızı tapsın. Nədənsə məndə hər şey yaxşı alınırdı. Göstərdiyim səhnəcikləri tapırdılar. Ona görə də adımı artist qoymuşdular. 

Elə oldu ki, böyük qardaşım “Aktyor evi”nin qarşısında elanı oxumuşdu ki, ora kinomexanik tələb olunur. Getdim, işə götürüldüm. İlk dəfə “Aktyor evi”ndə simaları, böyük aktyorları görəndə onda məndə sənətə, aktyorluğa qarşı sevgi, istək yarandı.

Məndə 40 qapı olmasa da, 9 qapım varsa, onun 8-ni  açıram, birini bağlı saxlayıram ki, mənə qarşı da maraq ölməsin.

 

ÇIXIŞLIQ

 

Əgər məndən soruşurlarsa, neçənci ildə anadan olmusan, mən ikinci dəfə başqa bir jurnalistə yalandan deyə bilmərəm ki, mən 2 avqustda yox, 14 yanvarda dünyaya gəlmişəm.

Amma bir şeyi deyə bilərəm ki, “Zaur” obrazını məndən heç kim ala bilməz, çalışmışam ki, yetərincə təbii oynayım.

Qadın səndən, məndən, ümumiyyətlə, kişi xeylağından bütün sirlərini alandan sonra, sənin haqqında bütün məlumatları əldə etdikdən sonra sənə olan marağı itir. Ondan sonra nə şeir, nə fəlsəfə, nə romantika köməyə gəlmir.

TƏNHALIQ

 

Tədris teatrı dağıldıqdan sonra Vaqif İbrahimoğlu Musiqili Dram Teatrına baş rejissor təyin olundu. Biz, dörd-beş nəfər idik, “Azərbaycanfilm” kinostudiyasına göndərdilər. Orada Rasim Balayevi görəndə heyrətə gəldim. Gözümün qabağından “Nəsimi”, “Babək” obrazları keçdi. Bir gün dəhlizdə Rasim Balayevlə rastlaşdıq və bir-birimizin yanından keçdik, Rasim mənə ehtiyatla salam verdi. Sonralar çox düşündüm ki, o mənimlə niyə belə ehtiyatla salamlaşdı. Üstündən illər keçdi, bir filmə çəkiləsi olduq. Bir gün çəkilişlərin fasiləsində məclis qurmuşduq. O zaman Rasim Balayev mənim haqqımda “tost” demək istədiyini bildirdi. Şaşırdım ki, bu boyda sənətkar barəmdə “tost” deyəcək. Rasim Balayev dedi ki, ilk dəfə Fəxrəddini dəhlizdə görəndə, ona tərəddüdlə salam verdim, qarşımdan özündənrazı bir insan keçirdi. Fəxrəddinlə tanış olduqdan sonra gördüm ki, bu, sadəcə, quru təəssüratdı. Sonralar, özüm də çox düşündüm ki, qəribədir, niyə insanlarda bu təəssüratı yaradıram? Bu, məndən asılı deyil, inanın mənə. Bilmirəm, bəlkə də, bu genetikadan gəlir…

Eqoizm mənim təkliyimin qarşısında, sadəcə, düşünülmüş bir sözdü. Necə yəni eqoizm? İnsan nə üçün yaşayır? Siz bura məndən müsahibə almağa gəlmisiniz, elə deyilmi? Deməli, məhz mənə görə gəlməmisiz də, özünüzə görə gəlmisiz ki, müsahibə alasız və imzanızın maraqlı müsahibə almağa layiq olduğunu göstərəsiz və təbii ki, yaxşı qonorar alasız.

Təklik o demək deyil ki, mən eksklüzivəm. Əgər bu gün mən sizinlə oturub söhbət edirəmsə, suallara cavab verirəmsə, bunlar şərtilik xatirinədir… Təklik, tənhalıq mənim həyat obrazımdı. İnsan tək gəlir bu həyata, tək də gedir…

Əsəd Qaraqaplan

 

Previous Post

Fəxrəddin Manafov: “Bu yaşda bir qadına vurulsam…”

Next Post

Yeni il gecəsi bürcləri cazibədar göstərən rənglər

Bənzər yazılar

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Nazirlikdən Elchi.az-a...

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

18 Sentyabr 2026 - 18:53

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. APA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı...

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Dərbənddə bu teatra Maqomayevin adı verildi

18 Sentyabr 2026 - 17:39

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib. Elchi.az APA-ya istinadla xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor...

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30

18-20 sentyabr 2026-cı il tarixlərində Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək. Elchi.az xəbər verir ki, qurultay XVIII Üzeyir Hacıbəyli...

Next Post

Yeni il gecəsi bürcləri cazibədar göstərən rənglər

Yeni il gecəsi bürcləri cazibədar göstərən rənglər

Son xəbərlər

“Yuventus” cərimələndi

“Yuventus” cərimələndi

23 Sentyabr 2026 - 14:30
Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

Üç vəkil cəzalandırıldı, ikisinə xəbərdarlıq olundu

23 Sentyabr 2026 - 14:14
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

Bu klub ev oyunlarını Xankəndidə keçirəcək

23 Sentyabr 2026 - 14:07
Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

Makron BMT-də tribunaya yumruq vurdu: “Qəzzaya göz yummaq olmaz!”

23 Sentyabr 2026 - 14:00
Mərkəzi Bankın inflyasiya proqnozu

Mərkəzi Bankın inflyasiya proqnozu

23 Sentyabr 2026 - 13:51
“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 - 13:42
Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

Azad olunmuş ərazilərdə 3 xəstəxana tikilir, 4-ü də tikiləcək

23 Sentyabr 2026 - 13:30
İki stansiya buna görə pulsuz olubmuş – RƏSMİ

İki stansiya buna görə pulsuz olubmuş – RƏSMİ

23 Sentyabr 2026 - 13:18
Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Prezident İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

23 Sentyabr 2026 - 13:09
Fransa Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə icazə verib

Fransa Ukraynada Avropa qoşunlarının yerləşdirilməsinə icazə verib

23 Sentyabr 2026 - 13:00
Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

Maliyyə Nazirliyi: II rübdə 22 dövlət müəssisəsi monitorinq edilib

23 Sentyabr 2026 - 12:52
QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

QHT-lərin fəaliyyəti parlamentdə müzakirə olunacaq

23 Sentyabr 2026 - 12:47
Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

23 Sentyabr 2026 - 12:38
Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabah 35 dərəcə isti olacaq

23 Sentyabr 2026 - 12:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.