"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Fəxri Uğurlunun bir hekayəsi

03 Dekabr 2014 - 23:04
in KÖŞƏ YAZILARI
FacebookVatsap

“…Adam pətəyinin küyü geridə qalmışdı. Pırsımış gözlərin, qartımış səslərin altından canını sürüyüb çıxartmışdı.”249e19dcd8bca937c2ea0696f2344e1d

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

 

 

Elə ilk abzasdan klassik poetik ənənəni, onun içində əsrlər boyu dövr edən obrazları nişan verir və onlarla həm paralel, həm də çarpaz diskurslar yaradır. İlk abzasda görünən obraz “can bazarı”dır. Yadımıza salaq, orta əsrlər şeirində bu obrazın hansı paraleldə işlənməsini.
“… Bilmirəm bu bazarda mənim nə alverim var, ay oğul. Axı bizim yediyimiz-içdiyimiz onsuz da zəhərdi… ”

 

Yuxarıdakı cümlələrlə müqayisədə indi sitat verilən cümlə paradoks təklif etmir. Adam (arı) pətəyinin küyü … arı pətəyi deyil, ancaq bu küyün əsarətindən qurtulub ağır şələnin altında inləmək, “can bazarının” sonsuzluğu anlamına gəlir. Elə ilk cümlələrdən aydın olur: bu adam təklənmiş birisidir, özü dediyi kimi, yerdə-göydə nə varsa, onun əleyhinədir. Qorxur ki, külək sözünü götürüb aparar, ona görə səsini içinə salır, ürəyinin qulağı ilə eşidir. İki aləm qarşılaşır: poetik vəsfi-hal, klassik şeirdən və bəlkə də orta əsrlərdən əsən ab-hava ilə insanın heç zaman qocalmayan, zamana baxmayan və zamana sığmayan iniltisi – həsbi-hal. Dərdə tuş gələn insan bütün zamanların qovşağında  – sərhəd nöqtəsində dayanır, bu kişinin daşıdığı şələ həm real, həm də irreal (daşlaşmış) dərdlərdir ki, bir ürəyin pətəyində qaynaşır.

Zaman və məkanı itirmiş adam öz içində gəzir, bir addımlıq yolu çölü-biyaban kimi keçir, bu yolun gedildiyi anda qurtardığının fərqində belə deyil. Bu tək adam neçə adamın “qoluna girib” gedirdi. Səkidə qarşıdan gələnlər ona “yol verirdi”. Təkliyin çoxluq olduğu bu məkanda zamanın, vaxtın damarı boşalıb.

Bəli:

“…Mən bu yükün altında yüz il də sürünərdim, oğul, təki, yüz birinci ilə umudum olaydı. Dünyanı çiynimdə saxlayardım. Təkcə səni kürəyimdə apara bilmirəm. Belim qırılır, oğul, belim qırılır”.

Hamı bir şey uydurub bu gündən qaçır. Bu kişi bu gündə ilişib qalıb, onun üçün “gələcəyin iç üzü açılıb”. Bax, bu məqamda yadımıza mərhum Rafiq Tağının hekayələri düşür. Bu sözü o da hansısa hekayəsində işlədə bilərdi, yaxud bəlkə də işlədib. Ancaq Rafiq “gələcəyin iç üzünü” belə bir kontekstdə açmağa meyl etməzdi.

Keçmişdə nə olubsa, indi günahdır. Oğluna oğul kimi yox, öz gələcəyi kimi baxıb. Onu özündən ayırmayıb. “… Heyvan heyvanlığı ilə balasını ayırır. Hər kişinin ömrü özündə başlayıb, özündə qurtarırmış. Hər nəfəsdə ölüb-dirilmə var. Ata oğulun, ya oğul atanın əvəzində nəfəs ala bilərmi? Odur ki, nəfəsi kürəyindən çıxır.

XX əsr filoloji fikrində və model olaraq bədii mətnlərdə əsərin oxucunu qavraması köklü problem kimi qoyulur. İndi sosiumda baş verən hadisələr bizi sürətlə publisistikaya sürükləyir. Bütün bunlar mətnə dalmağın, ondan gerçəkliyin bədii dərkinə yönəlik nəticələr çıxarmağın qarşısını alır. Ancaq mətn varmı? Bu sual bu gün qaldırılmır, niyə soruşularsa, cavabında olmayan şeyləri diriltmək lazım gələcək.

Bədii mətn sistemi o qədər cilalanıb ki, o, artıq oxucunu da “öz əlavəsinə” çevirir, onu yönləndirir. Təhlil edilən hekayədən də göründüyü kimi (Fəxri Uğurlu, “Oğlum sonuncu dayanacaqda düşəcək”),  yazıçı bu dünyanı (yəni, dünyadan ayırıb ona qarşı qoyduğu fraqmenti) öz təfəkkürü, dünyaduyumu və poetik qavrayışı ilə əhatə edir, örtür, üstünü qapadır ki, istədiyi effekti ala bilsin. Demək, bu halda, bədii mətni hansı işarələr sistemində təqdimi kənar meyllərdən çox az asılıdır. Son zamanlar post-modernist elan edilən mətnləri oxuduqda iki yol ayrıcında qalırsan: mətn hansıdır, texnika hansı?

Yəni, mətn səni qavrayıb öz alətinə çevirməmiş gözünü açıb ona baxmaq istədikdə mətn effekti ilə rastlaşacaqsan. Bizdə klassik, ənənəvi üslubda yazılan mətnlərin əksər hissəsi (məlum hekayə müsabiqələrində bu cür hekayələr çay daşdıqda sahilə tökülən ölü balıqlara bənzəyir) primitivdir (üzündən astarı və əksinə görünür), necə deyərlər post-modern mətnlər isə (ingiliscə so-called) heç texnika olaraq da mükəmməl deyil.

“Oğlum sonuncu dayanacaqda düşəcək” hekayəsi metaforalar üzərində qurulub. Onun adından başlamış (“sonuncu dayanacaq”) son cümləsinə qədər. Metaforalardan həyatın mənasına dalma (ata üçün oğul sonuncu dayanacaqmış…), fələyin rəhmsizliyi, orta əsrlərin canlı poetik fiqurlarının yeni dövrdə və şəraitdə kontekstə gətirilməsi, orta əsrlərdə eşqə və yerdə qalan hər şeyə müncər edilən obraz və metaforaların müharibə, ölüm-itim kontekstində pardaqlanması, artıq “ömrü bitmiş obrazların” donunu açır. Müasir nəsrdə bu təmayülün ifadəçiləri arasında Mübariz Cəfərli, Şərif Ağayar, Fəxri Uğurlu, Orxan Fikrətoğlu və Məqsəd Nuru bir kontekstdə birləşdirən həm də orta əsrlər konteksti ilə post-modern paradiqmanın kəsişib qovuşduğu məqamdır. Poetik ənənənin bu şəkildə davam etməsi nəsrimizdə fikrimizcə, yeni rakursdur.

 

Qayıdaq F.Uğurlunun hekayəsinə… Metaforalardan, özü də klassik ədəbiyyatda müəyyən konteksti olan metaforalardan sıx-sıx istifadə edilməsi zamanın (şərti-simvolik-!) ələ düşən məqamda tutulub dondurulması istər-istəməz məkan qavrayışını daraldır və nəticə etibarı ilə aradan qaldırır. Bu, mətnin janr ölçüsünə də təsir edir, onun keçid (başqa janrlara keçidini) sürəkliliyini artırır. Hekayə özündən hekayə, roman, digər janrlar doğurur. Hekayədən hekayəyə keçid onun mənalanma imkanlarını sonsuza qədər artırır, müharibə, ölüm, itim…. bütün mümkün semantik kontekstləri ilə iştirak edir. Təzadlı, bəlkə də saxta bir sevgidən doğulan uşaq, atanın ona ifrat sevgisi, atanın çiynini əzən ağır yük (candan artıq sevdiyi qız dəli olmuşdu…), oğlunun ölümünə səbəb olan atanın  dağı-daşı yerindən oynadan iniltisi (… bilirsənmi, müharibəyə niyə getmədim…), insanın torpağa toxum kimi düşməsi, ömrü bitməmiş, nahaqdan öldürülənlərin geri qayıtması, göy üzünün əslində hər gün qaralması… bu sıx metafora ardıcıllığı mükəmməl poetik mətn təsiri bağışlayır.

***

Bir təsadüfdə müasir nəsr mətnləri ilə bağlı işlətdiyimiz “dilin arxa planı” ifadəsi təsvir boyu, hadisələrin vahid süjet planı üzrə inkişafı zamanı təsvirin arxasında (pərdə arxasında) müəyyən dil epizodlarının yığılması hesabına yaranır. Yəni burada zamanın təsvirində yol verilən «şüuraltı dil müdaxiləsindən» söhbət gedə bilər, təbii dilin arxasında dayanan «ikinci dil» danışan əhvalatı başqa istiqamətə yönəldir, bütün əsas əhvalatlara, təsvir momentlərinə alternativ strukturlar yaradır, bu əhvalat və ünsürlərin mənalanmasından çox, onların dəyişkən zaman içində dərkinə şərait yaradır. Fəxri Uğurlunun “Oğlum sonuncu dayanacaqda düşəcək” hekayəsində olduğu kimi.

 

Previous Post

Fəxri Uğurlunun bir hekayəsi

Next Post

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.