"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Fəaliyyət dövrü tam olmayan MSK üzvləri və Ombudsmanın pensiyası yeni qaydada hesablanacaq

26 Aprel 2022 - 16:42
in CƏMİYYƏT
FacebookVatsap

Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyət dövrü tam olmadıqda onlara təyin edilən pensiyanın məbləğinin hesablanmasının yeni qaydası müəyyənləşir.

Bunu da oxuyun

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

25 gün meteor yağışı olacaq

Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin əmək pensiyasına Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün əmək haqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir. Layihəyə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyətdə olan üzvünün əmək haqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödəniləcək.

Hazırda Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilməlidir. Layihəyə əsasən, Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödəniləcək.

Eyni zamanda hazırda əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) əmək pensiyasına fəaliyyətdə olan müvəkkil (ombudsman) üçün müəyyən edilmiş əmək haqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir. Layihəyə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) fəaliyyətdə olan müvəkkil (ombudsman) üçün müəyyən edilmiş əmək haqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödəniləcək.

O cümlədən qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilməlidir. Dəyişikliyə görə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödəniləcək.

Qeyd edək ki, hazırda Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyət dövrü tam olmadıqda onlara təyin edilən pensiyanın məbləğinin hesablanması metodu tam aydın deyil. Belə ki, bu şəxslər səlahiyyət müddətini tam və ya qismən yerinə yetirməsindən asılı olmayaraq, pensiya yaş həddinə çatdıqda və ya 1-ci qrup əlil olduqda, hazırda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyasının üzvlərinin və ombudsmanın aylıq əməkhaqqının 80%-i miqdarında yaşa görə əmək pensiyası təyin edilir. Hazırkı təklif Qanunun 20-ci maddəsi içərisində yarım maddələr arasında uyğunluğun təmin edilməsi ilə yanaşı hər hansı əlavə maliyyə yükü yaratmayacaq, əksinə maliyyə vəsaitinə qənaət etməyə imkan verəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Previous Post

Fəaliyyət dövrü tam olmayan MSK üzvləri və Ombudsmanın pensiyası yeni qaydada hesablanacaq

Next Post

20 min pensiyaçını sevindirən xəbər – Əlavə 4,2 milyon manat…

Bənzər yazılar

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

02 Noyabr 2026 - 15:53

TəhsilPlus kartı olan təhsil işçiləri noyabrın 2-dən 30-dək həftəiçi hər gün metro və avtobuslarda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər....

Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

02 Noyabr 2026 - 15:16

Göyçayda narın qiyməti ucuz olsa da alıcısı yoxdur. Elchi.az xəbər verir ki, ağacdakı narların çölü özgəni, içi fermerləri yandırır. Məhsullar...

25 gün meteor yağışı olacaq

25 gün meteor yağışı olacaq

02 Noyabr 2026 - 14:52

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Elchi.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin...

178 min mənzilə istilik veriləcək

178 min mənzilə istilik veriləcək

02 Noyabr 2026 - 14:14

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən...

Next Post
20 min pensiyaçını sevindirən xəbər – Əlavə 4,2 milyon manat…

20 min pensiyaçını sevindirən xəbər – Əlavə 4,2 milyon manat…

20 min pensiyaçını sevindirən xəbər – Əlavə 4,2 milyon manat…

20 min pensiyaçını sevindirən xəbər – Əlavə 4,2 milyon manat…

Son xəbərlər

Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

02 Noyabr 2026 - 16:38
Daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

Daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

02 Noyabr 2026 - 16:25
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

02 Noyabr 2026 - 16:17
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

02 Noyabr 2026 - 16:09
Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00
Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

02 Noyabr 2026 - 15:53
Tramp Vyetnamdakı qələbəsinə əmindir

Tramp Vyetnamdakı qələbəsinə əmindir

02 Noyabr 2026 - 15:44
“Sabah”ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

“Sabah”ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

02 Noyabr 2026 - 15:30
Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

02 Noyabr 2026 - 15:16
Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

02 Noyabr 2026 - 15:08
Bolqarıstanda yeni prezident seçildi

Bolqarıstanda yeni prezident seçildi

02 Noyabr 2026 - 15:00
25 gün meteor yağışı olacaq

25 gün meteor yağışı olacaq

02 Noyabr 2026 - 14:52
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

02 Noyabr 2026 - 14:43
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

02 Noyabr 2026 - 14:30
178 min mənzilə istilik veriləcək

178 min mənzilə istilik veriləcək

02 Noyabr 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.