FTB fələstinli jurnalist Şirin Əbu Akilənin qətlini araşdıracaq

42

Elchi.az xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu Amerika vətəndaşı Fələstinli jurnalist Şirin Əbu Akilənin qətli ilə bağlı araşdırmalara başlayıb.
İsrailin Kanal 14 televiziyasının məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqat Bürosunun (FTB) mayın 11-də işğal altındakı İordan çayının qərb sahilində öldürülən Əl-Cəzirə müxbiri Əbu Akilənin ölümü ilə bağlı araşdırma başlatdığını bildirib.
Prosesin sonunda ABŞ-ın hadisədə iştirak edən İsrail əsgərlərinin araşdırılması üçün tələb irəli sürə biləcəyi bildirilib.

Şayəstə