Fransanın keçmiş prezidenti Fransua Olland dövlətdən 12 min avro təqaüd aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, o, bu barədə RMC radiostansiyasının efirində məlumat verib.
Sabiq prezidentin sözlərinə görə, onun prezidentlik təqaüdü 4 min avrodur, lakin bundan əlavə o, Hesablama Palatasındakı işinə görə təxminən 4 min avro alır, deputat təqaüdü də var.
“Aylıq gəlirim 11-12 min avrodur”, – Olland bildirib.
Qeyd edək ki, 2022-ci ildə Fransada orta pensiya 1509 avrodur.
Yeganə