Fransanın keçmiş prezidenti Nikola Sarkozi ölkənin hazırkı prezidenti Emmanuel Makronun Rusiya təhlükəsi ilə bağlı dediklərini tənqid edib.
Elchi.az xəbər verir ki, siyasətçi bu barədə “Le Figaro” nəşrinə müsahibə verib.
“Biz Rusiyanı əsas təhlükəmiz və əsas düşmənimiz adlandırırıq. Bu, tarixi səhvdir! Bu gün Avropanın beynəlxalq arenada Rusiyadan daha çox təcrid olunduğunu bildirməliyik”, – deyə Sarkozi vurğulayıb.
Sarkozi həmçinin etiraf edib ki, Kiyev Moskva ilə münaqişədə artıq qalib gələ bilməyəcək, lakin gələcəkdə Ukrayna daha çox itirə bilər.
Bundan əvvəl irlandiyalı jurnalist Çey Bouz da Fransa prezidenti Emmanuel Makronun Ukrayna və Rusiya ilə bağlı açıqlamasını tənqid etmişdi.
Yeganə






















Son şərhlər