Fransada Uşaqların Olduğu Yerlərdə Siqaret Qadağası

Fransanın səhiyyə naziri Catherine Voutrin iyulun 1-dən etibarən uşaqların olduğu parklar, çimərliklər və bağlar kimi açıq ərazilərdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb.
Fransanın səhiyyə naziri Ketrin Votrin Fransanın “Ouest-France” qəzetinə iyulun 1-dən etibarən siqaret çəkmə qadağasının hansı açıq ərazilərdə qüvvədə olacağı ilə bağlı məlumat verib.
Bu tarixdən etibarən uşaqların olduğu parklar, bağçalar, çimərliklər, avtobus dayanacaqları və məktəb ətrafı kimi açıq yerlərdə siqaret çəkilməsinin qadağan ediləcəyini vurğulayan Vautrin, qadağaya əməl etməyənlərin 135 avro cərimə oluna biləcəyinə diqqət çəkib.
“Uşaqların olduğu yerdə siqaret çəkmək olmaz”
Vautrin, "Uşaqların olduğu yerdə siqaret çəkmək olmaz" deyərək, siqaret azadlığının uşaqların təmiz havadan nəfəs alma haqqının başladığı yerdə bitdiyini vurğuladı.
Çıxarılacaq fərmanda bu qadağanın məktəblər ətrafında necə tətbiq olunacağının dəqiqləşdiriləcəyini qeyd edən Vautrin, şagirdlərin məktəblərin qarşısında siqaret çəkməsinin qarşısını almaq üçün bu qadağanın orta və liseylər ətrafında da tətbiq ediləcəyini bildirib.
Milli mətbuat kafe bağlarının qadağadan azad ediləcəyini və elektron siqaretdən istifadəyə qadağanın olmayacağını yazıb.
Şayəstə Hüseynova