Fransada yüksək inflyasiya səbəbindən qida, gigiyena və baytarlıq xidmətlərinin qiymətinin artması küçələrdə qalan ev heyvanlarının sayını artırıb.
Elchi.az xəbər verir ki, Fransa Heyvanları Qoruma Dərnəyinin (SPA) prezidenti Jak-Şarl Fombonne etdiyi şərhdə, 2023-cü ilin birinci rübündə tərk edilmiş heyvanların sayında yüzdə 15, keçən il 7 min 727, bu yana isə 8 min 863 ev heyvanı artımı olduğunu söyləyib.
Son dövrlərdə inflyasiyanın artmasının heyvanların tərk edilməsinin ən böyük səbəbi ola biləcəyinə diqqət çəkən Fombonne, “Alıcılıq qabiliyyətinin azalması, sahiblərini ev heyvanlarını tərk etməyə təşviq edir” deyib.
Bir çox insanın ev heyvanlarını tərk etmə səbəbinin maddi imkansızlıqlar olduğunu söyləməkdə tərəddüd edə biləcəyini qeyd edən Fombonne, dərnəklərinə aid sığınacaqların da yüksək inflyasiyadan mənfi təsirləndiyini vurğuladı.
Şayəstə Hüseynova