Fransada dövlət qulluqçularına sosial media platformaları, filmlər, oyunlar və video saytları iş telefonlarına yükləmək qadağan edilib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Fransa prezident Emmanuel Makronun da daxil olduğu qadağanın səbəbi kibertəhlükəsizliklə bağlıdır.
Çin və Qərb arasında ticarət rəqabəti ilə başlayan casusluq iddiaları davam edir. Çin mərkəzli internet platformaları təhlükəsizlik səbəbi ilə bir-bir qadağan edilib.
ABŞ və Avropa ölkələri kibercasusluq qorxusu ilə Çinin “Tiktok” video paylaşım platformasını qadağan edib.
Fransa isə bu qadağanı bir qədər də irəli apardı. Məmurlara təkcə “Tiktok” deyil, bütün sosial media, film və video paylaşma saytları və oyun saytlarını iş telefonlarına yükləmək qadağandır.
Qadağa siyahısına “Netflix” kimi film saytları, “Instagram” kimi sosial media saytları və “Candy Crash” kimi oyun saytları da daxildir.
Prezident Emanuel Makron da qadağa çərçivəsində bu saytları iş telefonuna yükləyə bilməyəcək.
Yeganə