Şikayətlər epidemiyalara qarışıb, səhiyyə müəssisələrinə müraciət edənlərin sayı artıb. Fransada xəstəxanalarda doluluq nisbəti həyəcan vericidir. Ölkədə səhiyyə işçiləri də çətin vəziyyətdədir.
Elchi.az xəbər verir ki, Fransanın İctimai Səhiyyə bölməsinin məlumatına görə, son günlər qrip və bronxitlə bağlı stasionar xəstələrin sayında sürətli artım müşahidə olunur.
Son bir həftədə koronavirusa yoluxmalarda da artım var.
Səlahiyyətlilərə görə, bu, xəstəxanaların çarpayı tutumunun az olması ilə bağlıdır.
Ölkə daxilində xəstəxanalar təxminən yüzdə 15 çarpayı çatışmazlığı ilə işləyir.
Bu vəziyyətin kadr çatışmazlığı ilə bağlı olduğu bildirilir.
Bildirilir ki, epidemiyanın sürətlənməsi xəstəxana işçilərini də çətin vəziyyətə salır.
İnsanlar peyvənd olunmağa çağırılır.
İngiltərədə səhiyyə müəssisələrində gözləmə müddətləri ilə bağlı məlumatlar açıqlanıb.
Buna görə ölkədə xəstəxanalarda müalicəyə başlamaq üçün gözləyənlərin sayı təxminən 7 milyon 200 min adamla rekord səviyyəyə yüksəldi.
Təcili və qəza şöbələrində xəstəxanaya yerləşdirilməli olan xəstələrin yüzdə 40-ı dörd saat və ya daha çox gözləyir.
Xəstələrin təxminən 10 faizi də 12 saatdan çox gözləyir.
Şayəstə