Elchi.az xəbər verir ki,Fransa hökuməti quraqlıq səbəbindən cənub bölgəsində üzgüçülük hovuzlarının satışını qadağan edəcəyini açıqlayıb.
Fransanın Ekoloji Keçid Naziri Christophe Bechu, ölkənin “Şərqi Pireney bölgəsi su qıtlığından əziyyət çəkdiyi bir vaxtda insanların hovuzlarını doldurmasına icazə verilə bilməz”. “Təbiətdə baş verənlərə və içində olduğumuz vəziyyətə əsaslanaraq, insanlar qlobal ideyaya alışmalı olacaqlar.”
Bechu, qərarın mayın 10-da qüvvəyə minən yeni böhran tədbirlərinin bir hissəsi olduğunu söyləyib.
Regional qubernator Rodrigue Furcy-nin sözlərinə görə, Fransanın cənubunun çox hissəsi 1959-cu ildən bəri ən quraq mövsümü yaşayır.
Hazırda Fransada həyata keçirilən suya qənaət tədbirləri insanların çəmənliklərini və çiçəklərini sulamasını və ya avtomobillərini yumasını qadağan edir.
Nuranə Məmmədova